Yaponiyada edilən kəşf alimləri heyrətləndirdi: 10 min yaşı var...
Yeni arxeoloji kəşf alimləri heyran qoyub: Yaponiyanın Biva gölünün dibində demək olar ki, tam halda qalmış keramika qab aşkar edilib. Onun yaşı 10 min ildən artıq qiymətləndirilir.
Qaynarinfo xəbər verir ki, bu qeyri-adi artefakt dünyada məlum olan ən qədim keramika nümunələrindən biri hesab olunur. Alimlər əvvəllər də həmin ərazinin qədim Yaponiya tarixinə dair mühüm sirrlər gizlətdiyini düşünürdülər. "Indiandefencereview" nəşrinin yazdığına görə, bu kəşf ölkənin tarixi haqqında biliklərin sərhədlərini genişləndirir.
Biva gölündən tapılan, hündürlüyü 25 sm olan demək olar ki, ideal vəziyyətdəki bu qabın Dzemmon dövrünün erkən icmaları tərəfindən hazırlanmış qədim artefakt olduğu güman edilir. O, Yaponiyanın tarixi dövrlərinə nadir və olduqca dəyərli baxış imkanı yaradır.
"Yaşına baxmayaraq onun heyrətamiz dərəcədə yaxşı qorunması gölün altında mövcud unikal şəraitlə bağlıdır. Bu şərait ona 10 min ildən artıq toxunulmadan qalmağa imkan verib", deyə nəşr bildirir.
Qeyd olunur ki, keramika qab Tsudzuraodzaki adlı sualtı xarabalıqlarda aşkar edilib. Bu ərazi 1920-ci illərdən bəri arxeoloqların diqqət mərkəzindədir. Son texnoloji imkanlar sayəsində alimlər əvvəllər əldə olunması mümkün olmayan dərinliklərdə araşdırma apara biliblər.
Bu kəşf Dzemmon dövründə keramika sənətinin inkişafının ilkin mərhələlərinə yenidən nəzər salmağa imkan verdiyi üçün qədim Yapon mədəniyyətləri barədə elmi təsəvvürləri ciddi şəkildə dəyişə bilər.
Qab dünyanın ən qədim saxsıçılıq ənənələrindən biri sayılan Dzemmon dövrünə aiddir və onun yaşı təxminən 10 min ildir. Dzemmon keramika nümunələri insanlıq tarixində gildən sınaq məqsədilə ilk istifadələrdən biri hesab olunur. Araşdırmalara görə, bu artefakt ya "Cingudzi" üslubuna, ya da Konaminin yuxarı qat ənənəsinə aid ola bilər. Bu ənənələr özünəməxsus dizaynı və utilitar əşyalardan mədəni dəyər daşıyan nümunələrə keçidi ilə tanınır.
Bu erkən keramika formaları ibtidai Yaponiyada mühüm mədəni dəyişikliklərin baş verdiyini göstərir — gündəlik alətlər getdikcə daha çox estetik və simvolik məna kəsb etməyə başlayırdı. Sözgedən qab da bu dəyişimin mühüm sübutu kimi qiymətləndirilir.
Tapıntını digərlərindən fərqləndirən əsas cəhət onun möhtəşəm qorunma səviyyəsidir. Quruda tapılan artefaktlar zaman keçdikcə zədələnir və parçalanırsa, bu cür sualtı tapıntılar gölün qoruyucu mühiti sayəsində bütöv halda qalır.
Tsudzuraodzaki ərazisində çöküntü yığılması minimaldır və gölün sabit geoloji quruluşu artefaktın minilliklərdir zərər görmədən qalmasına imkan yaradıb.
Biva gölünün unikal coğrafiyası da mühüm rol oynayır. Gölün vadivarı dərinliyi və ətrafdakı davamlı tektonik hərəkətlər artefaktların mövqelərini uzun müddət dəyişmədən saxlamasına şərait yaradıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 929 Tarix: 01 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib
Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy
16 sentyabr 2021"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO
Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli
18 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO
Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini
17 sentyabr 2021DƏHŞƏTLİ QƏTL: Ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO
Moldovada eyni vaxtda qətl və intihar hadisəsi baş verib. bu barədə Publika-ya istinadən xəbər verir. Bildirilib ki, qətl sentyabrın 12-də Hinceşti rayonunun Fundul Galbenei kəndində baş verib. Qeyd olunur ki, sevdiyi qızın qohumları ilə görüşə gələn gələcək kürəkən arasında mübahisə baş verib. 28 yaşl
16 sentyabr 2021Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu
İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı
17 sentyabr 2021Napoleonun baş geyimi hərraca çıxarılır
Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun
16 sentyabr 2021