Çoban 200 qoyunu ilə yoxa çıxdı, həmin yer UNO-lara məskən oldu - Fotolar

Çoban 200 qoyunu ilə yoxa çıxdı, həmin yer UNO-lara məskən oldu - FotolarBəzən "Hansı ölkə hansı fəsildə daha gözəldir?" sualını düşünürük, bəzən tarixi məkanları gəzib öyrənmək üçün yola çıxırıq, bəzən isə dünyanın müxtəlif guşələrində yeni dadlar axtarırıq. Bəs fərqli macəralara aparan hekayələrin arxasınca düşmək niyə bu qədər cəlbedicidir? Dünyada sirri açılmamış, insanın tüklərini biz-biz edən və ya gözəlliyi ilə valeh edən bir çox yer var. Əlbəttə, belə məkanlarla bağlı ağızdan-ağıza yayılan hekayələr də çoxdur.

"Qafqazinfo" bu dəfə sizi sirli və maraqlı hekayələri olan ən qəribə yerlərə səyahətə dəvət edir:

Bran qalası: Drakulanın qorxu yuvası

Bran qalası Rumıniyanın Braşov şəhəri yaxınlığında yerləşir. Ehtimallara görə, kitabxanada araşdırmalar aparan irlandiyalı yazıçı Brem Stoker vampir obrazı yaratmaq istəyərkən Vlad Tsepeşdən – daha çox tanınan adı ilə Payalı Voyevodadan – ilham alıb.

Transilvaniyalı Qraf Drakula obrazının ilham mənbəyi olan Vlad Tsepeş bir neçə dəfə bu qalada qalaraq, buranı qorxu dolu hekayələrin əsas mərkəzinə çevirib. Stokerin romanı Bran qalasının məşhurluğuna böyük töhfə verib. Qotik memarlığa malik bu möhtəşəm qala 1212-ci ildə inşa edilib və bugünədək qorunub. Uzun müddət əldən-ələ keçən qala daha sonra muzeyə çevrilib. Son olaraq isə əsl sahiblərinə – Şahzadə İlenanın oğlu və varisi Dominik fon Habsburqa geri verilib.
Çoban 200 qoyunu ilə yoxa çıxdı, həmin yer UNO-lara məskən oldu - FotolarÇoban 200 qoyunu ilə yoxa çıxdı, həmin yer UNO-lara məskən oldu - FotolarHoia-Baciu meşəsi: Ağaclar və paranormal hekayələr

Hoia-Baciu meşəsi Transilvaniyada 250 hektarlıq ərazini əhatə edir. Adını isə iki yüz qoyun sürüsü ilə birlikdə meşədə yoxa çıxan bir çobandan alıb. Bu hadisə və itkin düşən digər insanlar səbəbindən meşə "Transilvaniyanın Bermud şeytan üçbucağı" kimi tanınır.

Paranormal hadisələrlə daim gündəmdə olan bu meşədə ruhlar, pərilər və UNO-larla bağlı saysız hekayələr mövcuddur. Qəribə şəkilli ağaclarla dolu meşənin tam mərkəzində böyük bir boşluq var. Hətta bura UNO-ların eniş etdiyini iddia edirlər. Qorxulu ağaclar və tutqun havada özünüzü sanki dəhşət filmində hiss etmək çox asandır. Burada itən və ruhlarının hələ də dolaşdığına inanılan insanlar barədə də müxtəlif hekayələr mövcuddur.
Çoban 200 qoyunu ilə yoxa çıxdı, həmin yer UNO-lara məskən oldu - FotolarÇoban 200 qoyunu ilə yoxa çıxdı, həmin yer UNO-lara məskən oldu - FotolarBlue grotto (Mavi mağara): Mavi sehrə səyahət

İtaliyanın Kapri adasının şimal-qərbində yerləşən Mavi mağara dünyanın ən diqqətçəkən məkanlarından biridir. Dəniz mağarası olan bu yerin dərin mavi atmosferi içəri daxil olan işığın suda sınaraq yaratdığı möhtəşəm mavi əks olunmalardan yaranır.

Roma imperatoru Tiberiusun bu mağaradan həm məbəd, həm də üzmək üçün istifadə etdiyi deyilir. Hətta daxili dəhlizlərlə öz sarayına keçdiyi də rəvayətlər arasındadır. Sonrakı dövrlərdə mağara qorxu hekayələrinə mövzu olub – içəridə pis ruhların və şeytanların yaşadığı iddia edilir. 1800-cü illərdə yenidən kəşf edilən mağara gözəlliyi ilə dillər əzbəridir.

Kapri adasından qayıqla 125 metr uzunluğundakı bu özünəməxsus mağaranı ziyarət etmək mümkündür. Təbii gözəlliyi qorumaq üçün içəridə üzməyə icazə verilmir. Pis ruhlar var, ya yox – bilinmir, amma atmosferinin möhtəşəm olduğuna şübhə yoxdur.

Çoban 200 qoyunu ilə yoxa çıxdı, həmin yer UNO-lara məskən oldu - FotolarRakotz (Şeytan) körpüsü: Təbiət və memarlığın möhtəşəm simfoniyası

Almaniyanın Saksoniya bölgəsindəki Kromlauer Parkında yerləşən Rakotz körpüsü – digər adı ilə Şeytan körpüsü – Rakotz gölünün üzərində salınıb. Qotik üslublu körpünün hər iki tərəfində sivri daş qüllələr var.

Körpünün göldə yaratdığı mükəmməl dairəvi əks onu "Şeytan körpüsü" kimi məşhurlaşdırıb. İnsanlar düşünürdülər ki, belə simmetrik mənzərəni yalnız şeytan yarada bilər. Halbuki bu möhtəşəm görünüş alman memarlığının dəqiqliyi və riyazi hesablamaların nəticəsidir.

Dünyaca məşhur bu memarlıq incisi Almaniyada olsa da, Çexiya sərhədinə daha yaxındır.

Çoban 200 qoyunu ilə yoxa çıxdı, həmin yer UNO-lara məskən oldu - FotolarPripyat: Zamanın donduğu şəhər

Pripyat Ukraynanın paytaxtı Kiyevə bağlı bir şəhər idi. "İdi" deməyimizin səbəbi - bu gün Pripyat yalnız yaxın tarixi izləyə biləcəyimiz tərk edilmiş bir şəhər olaraq mövcuddur. Çernobıl Atom Elektrik Stansiyası işçiləri üçün salınan şəhər geniş prospektləri və sovet memarlığı ilə seçilirdi. Başlanğıcda burada yalnız stansiya işçiləri yaşayırdı, lakin müasir görünüşü zamanla əhalinin artmasına səbəb olmuşdu.

1986-cı ildə Çernobılda baş verən partlayışdan sonra şəhər təhlükəsizlik məqsədilə tamamilə boşaldıldı. Partlayışın nəticələri həm bölgəyə, həm də Balkanlara və Qara dənizi əhatə edən ərazilərə ciddi ziyan vurdu.

Şəhər sakinləri əşyalarını belə götürmədən oranı tərk etməyə məcbur qaldılar. Yanan, dağılan və bir ruh şəhərə çevrilən Pripyat 2011-ci ildən turistlərin ziyarətinə açıqdır. Tərk edilmiş binalar, küçələr və əyləncə parkı yaxın tarixi öz gözləri ilə görmək istəyənləri gözləyir.

Bu ərazidə təhlükəsizlik səbəbi ilə əl və üzdən başqa bədən hissələrini açıq qoyan geyim geyinmək qadağandır. Zaman keçməsinə baxmayaraq, bölgədə radiasiya hələ də mövcuddur.

Çoban 200 qoyunu ilə yoxa çıxdı, həmin yer UNO-lara məskən oldu - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 935   Tarix: 02 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Görənlər tanımır, tam 272 kilo arıqladı

381 kiloqramdan 11 kiloqrama: Casey Kingin inanılmaz dəyişimi. "Family by the Ton" proqramı ilə tanınan Casey King 7 il davam edən arıqlama prosesindən sonra böyük dəyişimi ilə diqqət çəkib. Bir vaxtlar təxminən 381 kiloqram çəkisi olan King çoxsaylı əməliyyatlar və illərlə davam edən mübarizəni

27 avqust
.

Qadın o dünyadakı həyatını təsvir etdi: Ölümdən sonra bizi nə gözləyir?

Böyük Britaniyadan olan Frensis Benks bu dünyanı 1965-ci ildə tərk edib. Ölümündən ay yarım sonra o, axirətdə baş verən hadisələri təsvir etməyə başlayıb. O bunu necə edib? . -ın xarici mətbuata istinadən xəbərinə görə, qöadının "vasitəçisi" Helen Qrivz adlı dostu olub. Beləliklə, hər halda

27 avqust
.

Gənc stomatoloq klinikada 36 saat işləyib istefa verdi, görün səbəb nədir - VİDEO

Gənc stomatoloq özəl klinikada işə başladıqdan cəmi 36 saat sonra ağır iş şəraiti və işçi çatışmazlığı səbəbilə istefa verib. xarici mediaya istinadla xəbər verir ki, iki filialı olan klinikada 7 stomatoloqa cəmi bir assistentin xidmət göstərdiyini bildirən gənc həkim peşəkar standartların və gigiyen

28 avqust
.

Toyda qayınana gözəlliyi ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Toy mərasimlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, videoda müğənni Dana Durdana ilə birlikdə görüntülənən qayınananın gözəlliyi və görünüşü izləyicilərin diqqətini çəkib. Sosial şəbəkə istifadəçiləri onun gənc görünüşünü müzakirə edib, görüntülər

30 avqust
.

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Südün sağlamlığa faydaları saymaqla bitmir, lakin mütəxəssislər istehlak vaxtı ilə bağlı çox ciddi xəbərdarlıq ediblər. Navarra Universitetinin mütəxəssislərinin apardığı araşdırmaya görə, südün içildiyi saat bəzən mədə turşusunu alt-üst edərək həzm sistemini az qala iflic edir. xəbər verir ki, südü

29 avqust
.

"Dünya dağılsa" da, onlar ac qalmayacaq: Araşdırma NƏTİCƏLƏRİ

Qlobal pandemiya, regional münaqişələr və əsas ticarət yollarının bağlanması göstərdi ki, qida idxalı dünyanın heç bir ölkəsi üçün qida təhlükəsizliyini tam təmin edə bilməz. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:. Qida təhlükəsizliyi probleminə görə, bu gün ölkələr gələcəkd

30 avqust
.

Gəlindən qayınatasının ayağını öpməsini istədi - ŞOK GÖRÜNTÜLƏR

Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə səbəb olub. xəbər verir ki, videoda evindən gəlin köçən qıza yaşlı qadının söylədikləri diqqət çəkib. Belə ki, qadın gəlinə qayınatasının ayağından öpməli olduğunu xatırladıb. Bu sözləri eşidən gəlin isə təəccübünü gizlədə bilməyib və baxışlar

30 avqust
.

Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında yoluxucu dermatoloji problemlərdən danışılıb. Qoturluğun ilk əlamətləri hansılardır?. Qısa müddətli təmas zamanı yoluxa bilərmi?. O necə müalicə olunur?. Müalicədən sonra qoturluğa yenidən yoluxmaq mümkündürmü?. Göbələk xəstəliklərinin diaqnozu nec

30 avqust
.

Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır

Noxudun daha asan bişməsi üçün hazırlığa bir gecə əvvəldən başlamaq lazımdır. Noxudu geniş qabda üzərini bir neçə barmaq keçəcək qədər su əlavə edib təxminən 8-12 saat gözlətmək dənələrin su çəkərək yumşalmasını təmin edir. Ertəsi gün noxudun ıslatma suyu mütləq tökülməli və bol su ilə yaxalanaraq təmi

29 avqust