İnsanlığın ən çox vəsait xərclədiyi 10 kosmik missiya (SİYAHI)

İnsanlığın ən çox vəsait xərclədiyi 10 kosmik missiya (SİYAHI)Kosmos araşdırmaları Soyuq müharibə dövrünün rəqabəti ilə sürət qazandı və insanlığın ən böyük elmi yatırımlarından birinə çevrildi. ABŞ və SSRİ-nin ideoloji mübarizəsi raket texnologiyası, naviqasiya peykləri, dərin kosmos teleskopları və insanlı kəşf proqramlarına trilyon dollara yaxın sərmayənin ayrılmasına səbəb oldu.

Qaynarinfo tarixdəki ən bahalı 10 kosmik missiyanı, onların xərclərini və dünyaya buraxdıqları elmi mirası təqdim edir.

"Glonass" – Rusiyanın qlobal naviqasiya sistemi

"Sputnik"dən ilhamlanan "Glonass" SSRİ-nin 1979-cu ildə başlatdığı "Cicada" sınaqları ilə formalaşdı. İlk peyklər 1982-ci ildə orbitə buraxıldı və sistem 1995-ci ildə 24 peyklə tamamlandı. SSRİ-nin dağılmasından sonra sistem demək olar ki, fəaliyyətsiz qaldı; 2002-ci ildə cəmi 7 peyk aktiv idi. Moskva 2002–2011 və 2012–2020 dövrlərində ümumilikdə 8,3 milyard dollarlıq iki böyük modernizasiya proqramı həyata keçirdi. 2011-ci ildə tam gücünə qayıdan sistem bu gün qlobal əhatə təmin edir.

"Salyut 6" – Uzunmüddətli yaşayış təcrübələrinin yolunu açan stansiya

1977-ci ildə orbitə buraxılan "Salyut 6", iki qoşulma portu sayəsində eyni vaxtda təminat və ekipaj dəyişikliyi aparmağa imkan verən ilk kosmik stansiya oldu. sovetlər marsa uçuş üçün lazım olan 18 aylıq çəkisizlik təsirini simulyasiya etməyə çalışırdı. "Soyuoz" kapsullarının qısaömürlü itki sistemi səbəbindən növbəli ekipajlar istifadə olunurdu. Beynəlxalq qonaq kosmonavtlara da açıq olan "Salyut 6"nın inkişaf və əməliyyat xərci 1980-ci il qiymətləri ilə 9 milyard dolları keçirdi.

Ceyms Uebb Kosmik Teleskopu – Dərin kainatın ən böyük gözü

"Hubble"ı geridə qoymaq məqsədi ilə 1990-cı illərdə planlanan Ceyms Uebb Kosmik Teleskopu 2004-cü ildə inşasına başlanıldıqdan sonra bir sıra gecikmələrlə üzləşdi və 25 dekabr 2021-ci ildə buraxıldı. L2 nöqtəsində yerləşən teleskop, infraqırmızı müşahidələr üçün günəş işığından qorunan optimal mövqedədir. Wmumi inkişaf xərci 8,8 milyard dollar, ilk 5 illik əməliyyat dəstəyi isə 867 milyon dollardır. Ceyms Uebb Kosmik Teleskopu erkən dövr ulduzlarını, superkütləli qara dəlikləri və yeni ekzoplanetləri aşkar etməklə artıq elmdə inqilab yaradıb.

Galileo – Avropanın müstəqil naviqasiya təşəbbüsü

Avropa Kosmik Agentliyi tərəfindən yaradılan "Galileo", hərbi nəzarət altında olmayan yeganə qlobal naviqasiya sistemidir. 2008-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, peyk nasazlıqları və buraxılış səhvləri səbəbilə ciddi gecikmələr yaşandı. Başlanğıc büdcəsi 3,1 milyard dollar olan layihənin xərcləri 2020-ci ildən etibarən 10 milyard dolları keçib. 23.222 km yüksəklikdə fəaliyyət göstərən 28 peyklik şəbəkə metr dəqiqliyində mövqe təyini təmin edir və bütün istifadəçilərə pulsuz xidmət göstərir.

GPS – Qlobal mövqe təyininin atası

"Sputnik"in radio siqnallarının araşdırılması ilə formalaşan fikir, ABŞ-ın hərbi "Navstar GPS" sisteminə çevrildi. 1983-cü ildə Koreya Hava Yollarının qəzasından sonra kommersiya uçuşlarına açıldı. İlk GPS cihazı 1989-cu ildə bazara çıxarıldı. Təhlükəsizlik səbəbilə sistemin dəqiqliyi əvvəlcə bilərəkdən məhdudlaşdırılmışdı. Bu gün 31 peyklə işləyən sistemin qurulma xərci 12 milyard dolları keçib. Əvəzində GPS texnologiyası ABŞ iqtisadiyyatına 1,7 trilyon dollar fayda gətirib.

Hubble Kosmik Teleskopu – Kainatı yenidən izah edən göz

1990-cı ildə orbitə çıxarılan Hubble Kosmik Teleskopu atmosferin yaratdığı optik pozuntuları aradan qaldıraraq kainatın yaşını 13,8 milyard il olaraq müəyyən edən mühüm müşahidələr etdi. Qalaktikaların mərkəzindəki superkütləli qara dəlikləri aşkar etdi və dərin kosmos görüntüləri ilə elmi tamamilə dəyişdirdi. Servis xərcləri istisna olmaqla ümumi missiya büdcəsi 2021-ci il göstəriciləri ilə 16 milyard dollardır. 2030–2040-cı illərə qədər fəaliyyətini davam etdirəcəyi gözlənilir.

SLS və "Orion" – İnsanlığı aya və marsa geri aparacaq sistem

2004-cü ildə "Orion" kapsulu ilə başlayan proses, 2010-cu ildən sonra SLS raketinin inkişafı ilə yenidən formalaşdı. SLS 8,8 milyon funt itki qüvvəsi ilə "Saturn V" raketindən belə güclüdür. "Orion" 21 gün avtonom işləyə bilir. 2022-ci ildəki pilotsuz "Artemis i" uçuşu ayı uğurla dövrə vurdu; "Artemis II" 2026-cı ildə ekipajı aya yaxınlaşdıracaq. 2006–2022 dövründə bu iki proqram üçün ümumilikdə 49,9 milyard dollar xərclənib. Uzunmüddətli məqsəd mars missiyasıdır.

Beynəlxalq Kosmik Stansiya - Dünya orbitində elm mərkəzi

Soyuq müharibədən sonra ABŞ və Rusiyanın əməkdaşlığı ilə formalaşan Beynəlxalq Kosmik Stansiya 2000-ci ildən bəri fasiləsiz olaraq ekipaj qəbul edir. Avropa Kosmik Agentliyi və "Jaxa"nın töhfələri ilə fizika, biologiya, zülal davranışı, bitki yetişdirmə və fəlakət müşahidələri kimi yüzlərlə təcrübə aparılır. Qurulması təxminən 100 milyard dollara başa gəlib; NASA hər il 3 milyard dollar texniki xidmət xərci ödəyir. 2030-cu ildə istismardan çıxarılana qədər qlobal elmi araşdırmaların mərkəzində qalacaq.

Kosmik Şatl Proqramı - Təkrar istifadə edilə bilən bir xəyaldan meqalayihəyə

1970-ci illərdə başlanan Şatl proqramı 1981-2011-ci illər arasında 135 missiyanı tamamlayaraq, Hubble Kosmik Teleskopunun buraxılışında və Beynəlxalq Kosmik Stansiya modullarının daşınmasında mühüm rol oynadı. Lakin, "Challenger" (1986) və "Columbia" (2003) fəlakətləri proqramı pozdu. 54-88 günlük hazırlıq müddəti xərcləri artırdı. Buraxılış xərcləri də daxil olmaqla, 49 milyard dollarlıq inkişaf xərcləri 209 milyard dollara yüksəldi və bu, onu tarixdə ikinci ən bahalı kosmik layihəyə çevirdi.

Apollon proqramı - Bəşəriyyətin Aya tarixi addımı

1969-cu ildə Nil Armstron və Buzz Oldrini Aya gətirən Apollon proqramı Soyuq müharibənin ən böyük prestijli çağırışı idi. 1967-ci ildə kabin yanğınında üç astronavtın ölümü modulun tamamilə yenidən dizaynına səbəb oldu. 11 uçuşdan yeddisində heyət üzvü var idi və cəmi 12 astronavt Ay səthinə eniş etdi. İlkin dəyəri 28 milyard dollar idi (inflyasiya ilə bu gün 280 milyard dollar) və bu, onu bütün zamanların ən bahalı kosmik missiyasına çevirir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 584   Tarix: 02 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tabutda yatan meyit "DİRİLDİ": Video 35 milyon İZLƏNİB

Sosial şəbəkələrdə yayılan qeyri-adi görüntülər geniş müzakirələrə səbəb olub. xəbər verir ki, videoda tabutda uzadılan şəxsin qəfil hərəkət edərək ətrafdakılara qorxu yaşatdığı əks olunub. Belə ki, yas mərasimi ab-havasında çəkilən görüntülərdə "meyit" kimi uzanan şəxs anidən qışqıraraq ayağ

23 may
.

Ermənistanda seçicilərə rüşvət verən 20-dən çox şəxs saxlanıldı

Ermənistanda seçicilərə rüşvət verən 21 nəfər saxlanılıb. Ermənistan KİV-ə istinadən xəbər verir ki, cinayət işi bu ölkənin antikorrupsiya komitəsi tərəfindən araşdırılır. Artıq 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunub ki, əməliyyatlar son iki gündə keçirilib

23 may
.

ABŞ-də zəhərli kimyəvi maddəyə görə onminlərlə insan təxliyə edildi

ABŞ-nin Kaliforniya ştatında yerləşən aerokosmik şirkətlərdən birində zəhərli kimyəvi maddələrin sızması nəticəsində ətraf şəhərlərdən 44 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. xəbər verir ki, hadisə ilə bağlı mənbələrinə istinadən "CBS News" telekanalı məlumat yayıb. Məlumata əsasən, Qarden-Qrouvdak

23 may
.

ABŞ hərbçilərinin bir hissəsini Polşaya köçürməyə başlayıb

Amerika Birləşmiş Ştatları Texas ştatındakı "Fort Hood" hərbi bazasında yerləşən 1-ci Süvari Diviziyasının hissələrini Polşa ərazisinə köçürməyə başlayıb. xəbər verir ki, müvafiq məlumatı Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) direktoru Bartoş Qrodetski "X" platformasındakı hesabınd

17 may
.

Kim daha ağıllıdır: İt, yoxsa pişik həvəskarları?

Pişik sevənlər orta hesabla it sevənlərdən bir qədər daha yüksək intellekt səviyyəsinə malik ola bilər. ABŞ tədqiqatçılarının "itsevərlər" və "pişikaevərlər" arasındakı psixoloji və davranış fərqlərini araşdıran belə bir nəticəyə gəldiyi bildirilir. Qaynarinfo xəbər verir ki, bu barəd

18 may
.

Süni yumurtadan canlı cücə çıxdı: Alimlər nəhəng moa quşunu geri qaytarmaq istəyir

Elm dünyasında diqqət çəkən yenilik baş verib. Qaynarinfo xəbər verir ki, ABŞ-ın "Colossal Biosciences" biotexnologiya şirkəti süni yumurta sistemi vasitəsilə canlı cücə çıxarmağa nail olduğunu açıqlayıb. Şirkətin açıqlamasına görə, embrionun inkişafı üçün lazım olan şəraiti təmin edən xüsus

22 may
.

Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb

Uqandada Ebola qızdırmasına üç yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında deyilir. "Ölkədə Ebola virusunun səbəb olduğu üç yeni yoluxma faktı təsdiqlənib və nəticədə təsdiqlənmiş yoluxma hallarının ümumi say

23 may
.

İran ABŞ-yə şərt qoydu: "Qırmızı xətlərimiz var"

"İsrail və ABŞ ilə qarşıdurmada özünü qalib tərəf hesab edən İran münaqişənin gələcək nizamlama prosesi üçün xüsusi şərtlər formalaşdırır". xəbər verir ki, bu qənaəti İran parlamentinin daxili işlər komissiyasının sədri Məhəmməd Saleh Cokar "Mehr" xəbər agentliyinə verdiyi müsahibəd

17 may
.

Türkiyədə rusiyalı turistlərin olduğu avtobus qəzaya uğradı: Çoxlu sayda yaralı var

Türkiyənin Antalya əyalətində rusiyalı turistləri daşıyan tur avtobusu qəzaya uğrayıb, nəticədə 14 nəfər xəsarət alıb. -ın REN TV-yə istinadən verdiyi məlumata görə, qəza mayın 23-də Beldibi kurort şəhərində baş verib. Agentliyin mənbəsi bildirib ki, turistləri daşıyan avtobus maneəyə çırpılıb və nəticəd

23 may