Leonardo Da Vinçinin məşhur əsərində qeyri-adi KƏŞF

Leonardo Da Vinçinin məşhur əsərində qeyri-adi KƏŞFSənət hər zaman çoxşaxəli yozumlara açıqdır; bunu yaxın zamanda bir ingilis stomatoloqu, Leonardo da Vinçinin 1490-cı ildə çəkilmiş ən ikonik əsərlərindən biri olan "Vitruvius Adamı"na baxaraq bir daha təsdiqləyib.

Lent.az xarici mediaya istinadla yazır ki, əsər, ideal insan fiqurunun simmetriyasını araşdıran Roma memarı Vitruviusun ("De architectura" - "Memarlıq haqqında" adlı əsəri) ideyalarından ilhamlanıb. Vitruvius, insanın iki formaya uyğunlaşa biləcəyini iddia edib:

Dairə: İnsan qollarını və ayaqlarını açarsa, göbək mərkəz kimi götürüldükdə əzalar həmin mərkəzə toxunaraq dairə yaradır.

Kvadrat: Ayaq altından başın təpəsinə qədər olan məsafə qolların açıqlığı ilə eyni olduğundan kvadrat forması alınır.

Da Vinçinin işi insanların bu fiqurlara necə uyğun gələ bildiyini göstərir. Lakin "ArtNet News"un məlumatına görə, məşhur alim bu rəsmin içinə sonradan ortaya çıxan üçüncü bir fiquru gizlətmiş ola bilər.

Adı çəkilən stomatoloq Rory Mac Svini, Journal of Mathematics and the Arts jurnalında dərc olunan təhlilində Da Vinçinin rəsminin müasir bioloji memarlığın optimal anlayışını qabaqcadan görən həndəsi prinsipləri ehtiva etdiyini yazır. Bu prinsip, adamın ayaqları arasında yerləşən üçüncü fiqur - bərabərtərəfli üçbucaq vasitəsilə ifadə olunur.

Bu üçbucaq alt orta kəsici dişlər ilə sağ və sol mandibular kondilin təmas nöqtələrinin yaratdığı "Bonville üçbucağı"na uyğundur".

Bonville Üçbucağı, 1864-cü ildə Villiam Bonville tərəfindən "bərabərtərəfli üçbucağa əsaslanan və ən mükəmməl tağ formalarına yaxın forma" kimi təsvir edilərək protez forması standartını müəyyənləşdirən quruluşdur. Bu prinsipi ilk hiss edənin bir diş həkimi olması təəccüblü deyil.

Vitruvius Adamının ayaqları arasında görünən bərabərtərəfli üçbucaq, zirvəsini fiqurun göbəyində birləşdirir. Sweeney iddia edir ki, bu nöqtədən eyni ölçüdə beş üçbucaq daha yaradıldıqda nəticə "kvadratın kənarı ilə dairənin radiusu arasındakı təxminən 1,64-lük nisbət (tetrahedral nisbət) ilə xarakterizə olunan altıbucaqlı bir quruluş" olur. Svini bunu "həm sintetik, həm də bioloji sistemlərdə optimal məkan nizamını müəyyən edən riyazi əlaqə" kimi təsvir edir.

Svini, Leonardo rəsminin nisbətləri ilə Bukminster Fullerın 1975-ci il izotropik vektor matrisi arasında paralellər aparır və belə nəticəyə gəlir: "optimal kristal quruluşlarında, bioloji memarilərdə və Fullerın koordinat sistemlərində rast gəlinən eyni həndəsi əlaqələr insan nisbətlərində də kodlaşdırılmış görünür".

Bu isə "Leonardonun reallığın riyazi təbiətinə dair fundamental həqiqətləri intuitiv şəkildə dərk etdiyini" göstərir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 684   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr