Niyə pəncərə kənarında yatmaq zərərlidir?
Bəzən tam 8 saat yatmaq belə gümrah olmağınıza zəmanət vermir: insan oyananda özünü gücdən düşmüş, başı ağır, sanki ümumiyyətlə dincəlməmiş kimi hiss edir.
Lent.az bununla bağlı məlumatları təqdim edir:
Ən az nəzərə çarpan, amma çox yayılmış səbəblərdən biri yatağın düzgün yerləşdirilməməsidir xüsusilə də, əgər çarpayının baş ucu birbaşa pəncərəyə bitişikdirsə. İlk baxışda pəncərə yanında yatmaq rahat görünə bilər: təmiz hava, təbii işıq, otağın daha geniş təsiri. Amma erqonomika üzrə mütəxəssislər xəbərdarlıq edirlər: məhz bu "rahatlıq" çox vaxt səhər narahatlığının əsas səbəbinə çevrilir.
Temperatur dəyişmələri və cərəyan
Pəncərə yaxınlığındakı zona demək olar ki, həmişə otağın qalan hissəsindən daha soyuq olur. Hətta keyfiyyətli plastik pəncərələr belə bir neçə dərəcəlik fərqi tam aradan qaldıra bilmir. Havalandırma zamanı soyuq hava axınları birbaşa yatdığınız yerdən keçir. Orqanizm gərginləşir, boyun və kürək əzələləri reflektor olaraq sıxılır nəticədə siz baş ağrısı və bədəndə gərginlik hissi ilə oyanırsınız.
Bioloji ritmləri pozan işıq
Hətta qalın pərdələr belə bəzən küçə fənərlərinin, işıqlanmış fasadların və ya səhər şəfəqinin işığını tam bağlaya bilmir. Üzünüzə düşən işıq şüaları dərin və keyfiyyətli yuxu fazasına cavabdeh olan melatonin hormonunun ifrazını azaldır. Nəticədə yuxu səthi, narahat, tez-tez oyanmalarla müşayiət olunan hala gəlir və səhər özünü süstlük göstərir.
Psixoloji gərginlik
Pəncərəyə arxa çevirib yatmaq bizim qeyri–şüuri vəziyyətimiz üçün narahatdır. Xüsusilə də narahatlığa meyilli insanlarda "açıq", müdafiəsiz olma hissi yaranır. Bu gizli daxili gərginlik səbəbindən beyin yuxunun dərin fazalarına tam keçmir, bu da səhər baş ağırlığına və istirahətsizlik hissinə gətirib çıxarır.
Vəziyyəti necə düzəltmək olar
Ən effektiv variant çarpayını elə yerləşdirməkdir ki, baş ucu kor (pəncərəsiz) divara söykənsin.
Əgər belə imkan yoxdursa, sadə həllər kömək edə bilər:
işığı buraxmayan qalın pərdələr;
hündür, yumşaq baş ucu (başlıq);
çarpayı ilə pəncərə arasında dekorativ arakəsmə (şırma);
temperatur fərqini azaltmaq üçün isti pled və ya əlavə örtük.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1370 Tarix: 07 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrAvtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrQız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabr