Putin: "Rusiya istənilən halda Ukraynada öz məqsədlərinə çatacaq"
"Moskva ABŞ-nin Ukraynaya dair sülh təklifinin bəzi məsələləri ilə razı deyil, lakin bunlar müzakirə olunub".
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "India Today" telekanalına müsahibəsində deyib.
Rusiya lideri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşnerlə danışıqlara toxunaraq, nəticə barədə fikir yürütməyin hələ tez olduğunu deyib: "Belə bir görüş zəruri və faydalı idi".
Putinin sözlərinə görə, ABŞ tərəfinin təklifləri bu və ya digər şəkildə Alyaskada Trampla əldə olunan razılaşmalara əsaslanıb.
"Uitkoff ilə danışıqlar zamanı biz praktiki olaraq hər bir məqamı nəzərdən keçirməli olduq", - deyə Rusiya lideri görüşün beş saatdan çox davam etməsinə aid suala cavabında bildirib.
Rusiya prezidenti bəyan edib ki, ölkəsi istənilən halda, istər hərbi, istərsə də digər vasitələrlə Ukraynada öz məqsədlərinə çatacaq:
"ABŞ rəsmiləri hazırda Rusiya, Avropa və Ukrayna ilə əlaqə saxlayırlar. Tramp Administrasiyası Ukrayna münaqişəsinin həlli kimi çətin missiyanı öz üzərinə götürüb. ABŞ-nin Ukrayna ilə bağlı fikirlərində Rusiyaya nəyin uyğun olduğunu söyləmək hələ tezdir".
Müsahibə zamanı o, Rusiyanın G8-ə qayıtmaq niyyətində olmadığını da bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 480 Tarix: 07 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əsrin ən böyük vulkan püskürməsi atmosferi necə təmizlədi?
2022-ci ildə baş verən Xunqa-Tonqa-Xunqa-Haapay vulkan püskürməsi alimlərin əvvəllər müşahidə etmədiyi özünütəmizləmə mexanizmi ilə müşayiət olunub və bu, gözlənilən uzunmüddətli atmosfer nəticələrini əhəmiyyətli dərəcədə azaldıb. Bununla əlaqəli kimyəvi proseslər metan emissiyalarına qarşı mübarizəni
23 mayBu əsər 308 milyona satıldı - Tarixə düşdü - Fotolar
Abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi, 1956-cı ildə 44 yaşında vəfat edən məşhur amerikalı rəssam Cekson Pollokun "7A nömrəli, 1948" adlı əsəri Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə satılıb. "Qafqazinfo" xəbər verir ki, "Christie's" tərəfində
20 mayÇində zəlzələ, ölənlər var
Çinin Quansi-Çjuan muxtar rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. "Qafqazinfo" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, iki nəfər həlak olub, daha bir nəfər itkin düşüb. Yeraltı təkanlar Lyuçjou şəhərində baş verib. Bölgəyə 300 nəfərdən çox xilasedic
18 mayUqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb
Uqandada Ebola qızdırmasına üç yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında deyilir. "Ölkədə Ebola virusunun səbəb olduğu üç yeni yoluxma faktı təsdiqlənib və nəticədə təsdiqlənmiş yoluxma hallarının ümumi say
23 mayYadplanetlilər bizi niyə görmürlər? - Kainatın içində itən sivilizasiyalar
Kainatın böyüklüyünü insan beyni intuitiv şəkildə qavraya bilmir. Problem sadəcə məsafə deyil. Həm məkan, həm də zaman miqyası insan təfəkkürünün öyrəşdiyi ölçülərdən tamamilə kənardadır. Kainatın genişlənməsi o deməkdir ki, məkanın özü zamanla böyüyür və buna görə də qalaktikalar bir-birindən uzaqlaşır
18 mayAlimlər qədim xəzinədə Yerdə olmayan qəribə metal tapdı
"Vilyena xəzinəsi" adlandırılan və əsasən qızıldan hazırlanmış 66 əşyadan ibarət kolleksiya 60 ildən çox əvvəl aşkarlanıb. Lakin alimlərin fikrincə, ən qiymətli tapıntılar qızıl əşyalar deyil, korroziyaya uğramış iki qəribə predmetdir. Qaynarinfo "Science Alert"ə istinadən xəbər veri
18 may