30 il əvvəl bir nəfər əkdi, indi yeyənlər həm şəfa tapır, həm də satır - VİDEO
Antalyanın Akseki rayonunda, Toros dağlarının daxili hissəsində yerləşən meşəlik ərazidə 25-30 il əvvəl kimliyi bilinməyən bir xeyriyyəçi tərəfindən əkilən yabanı yemişan ağacları bu gün də məhsul verir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, region sakinlərinin "Beşbıyık" adlandırdığı, xalq arasında isə muşmula və ya yeni dünya kimi tanınan bu meyvələr təbii şəfa mənbəyi sayılır və Akseki bazarında 100-150 lirə arasında satılır.
Torosların yüksək hissələrinə həyat yoldaşı Mehmet Kara ilə birlikdə göbələk toplamağa gedən Fatma Kara, yabanı yemişan ağacında fərqli meyvələr gördüklərini deyərək təəccübləndiklərini bildirib. O, həmin ağacların nə bağda, nə də həyətdə deyil, çirklənmədən uzaq olan təbii dağlıq ərazidə yetişdiyini vurğulayıb. Daha sonra apardıqları araşdırma zamanı bu ağacların illər əvvəl bölgədə yaşayan bir xeyriyyəçi tərəfindən əkildiyini öyrəndiklərini deyib: "Kimin əkdiyini bilən yoxdur. Sağdırmı, ölübmü, heç kim bilmir. Allah razı olsun, əgər vəfat edibsə, məkanı cənnət olsun".
Kara ərazidə 30-40-a yaxın əkilən meyvə ağacının olduğunu qeyd edib və bölgədə yaşayan yörük və çobanların da bu meyvələrdən faydalandığını söyləyib: "İnsanlar faydalansın deyə əkildiyi bəllidir. Dadına baxdıq, çox gözəldir. Duyğulandıq, kaş hamı belə bir ağac əkib insanlar toplasın".
Yerli sakinlər dağın iç hissələrində illərdir heç kimə görünmədən yetişən bu meyvələrin arxasında kimliyi bilinməyən xeyriyyəçinin olduğunu bildirir və onun bu gün də xalqın duasını qazandığını deyirlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2506 Tarix: 08 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrAvtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrQız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabr