2 milyon xərcləyib bütün bədəninə döymə etdirdi, dilini iki hissəyə ayırdı, yeni hədəfi görün nədir

2 milyon xərcləyib bütün bədəninə döymə etdirdi, dilini iki hissəyə ayırdı, yeni hədəfi görün nədirAlmaniyada yaşayan sosial media fenomeni Lüsi Krasota döymələrə, pirsinqlərə və estetik əməliyyatlara indiyədək təxminən 2 milyon manata yaxın vəsait xərcləyib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ailəsinin etirazına baxmayaraq, o, bədənini başdan-ayağa dəyişdirməyə davam edir. 20 yaşlı fenomen hazırda bədəninin böyük hissəsini döymələrlə örtüb və dilini iki yerə böldürüb. O, növbəti hədəflərinin "vampir dişləri və elf qulaqları" etdirmək olduğunu açıqlayıb.

Krasota 50-dən çox döymə ilə demək olar ki, bütün bədənini bəzədib. Bununla kifayətlənməyən gənc qadın dilinə estetik müdaxilə etdirib. Mirror-un xəbərinə görə, o, yaxın zamanda qarın nahiyəsində dartma əməliyyatı keçirib və prosedurdan sonra günlərlə hərəkət etməkdə çətinlik çəkdiyini bildirib. Krasota əməliyyatdan qalan izlərin də döymə ilə örtüləcəyini deyib: "Alt qarın bölgəmdə hələ də iz var, amma hamısı döymə olacaq".

O, yanaq pirsinqlərini də yenidən etdirdiyini bildirib.

Cəsarətli dəsti-xətti ilə diqqət çəkən fenomen ailəsinin, xüsusilə nənəsinin sərt reaksiyası ilə tez-tez üzləşdiyini, bu səbəbdən ailəsi ilə arasında mübahisələrin yarandığını qeyd edib. Ailənin onu qəbul etmədiyini deyən Krasota, bütün bunlara baxmayaraq dəyişiklik prosesindən geri çəkilmək niyyətində olmadığını vurğulayıb.

Gələcək planları barədə danışan gənc fenomen bildirib:
"Məqsədim tamamilə döymə ilə örtülü olmaqdır. Sinəmi iki dəfə böyütmək istəyirəm. Həmçinin vampir dişləri və elf qulaqları etdirmək də planlarım arasındadır"


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1044   Tarix: 09 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını

11 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr