Qurmanlar üçün cənnət: Yeməksevərlər üçün dünyanın ən yaxşı 10 şəhəri
Qastronomik turizm sürətlə inkişaf edir: turizm saytı "Acorn"un araşdırmasına görə, səyahətçilərin üçdə ikisi artıq istirahət yerini kulinariya təcrübələrinə əsaslanaraq seçir.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər kulinariya kurslarının əlçatanlığını, reytinqləri, qiymətləri və qlobal axtarış tələbatını təhlil edərək dünyanın qastronomiya üzrə ən yaxşı 10 şəhərini müəyyənləşdirib.
"DailyMail" yazır ki, siyahıda İtaliya dominantlıq edir: ölkənin beş şəhəri dadlı yeməyi sevənlər üçün dünyanın ən yaxşı istiqamətləri arasında göstərilib.
Birinci yeri Florensiya tutur və nəşr bunun kifayət qədər əsaslı səbəbləri olduğunu qeyd edir. Şəhər 231 kulinariya master-klası təklif edir və onların 74,5 faizi dörd ulduz və ya daha yüksək qiymətləndirilib.
Florensiya "Bistekka alla Fiorentina" - qalın sümüküstü ət bifteki kimi məşhur ət yeməkləri ilə tanınır. Daha bir regional delikates isə mal mədəsindən hazırlanan unikal sendviç lampredottodur. Yerli dondurmanı sınamamaq olmaz və söz mövzusu İtaliya olunca pizza və pasta da hər zaman əla olur.
Siyahının ikinci pilləsində 50 kulinariya kursu və otellərin 88 faizinin dörd ulduz və daha yüksək reytinq aldığı Siciliyanın paytaxtı Palermo yer alır.
Üçüncü yerdə özünün məşhur bolonez sousu ilə tanınan Boloniya qərarlaşıb.
Qastronomik turizm üçün ən yaxşı şəhərlərin tam siyahısı belədir:
1. Florensiya (İtaliya)
2. Palermo (İtaliya)
3. Bolonya (İtaliya)
4. Lissabon (Portuqaliya)
5. Roma (İtaliya)
6. Brüssel (Belçika)
7. Barselona (İspaniya)
8. Venesiya (İtaliya)
9. Osaka (Yaponiya)
10. Hue (Vyetnam)
"Titan Travel" şirkətinin məhsul meneceri Kesssi Striklend deyir: "Bu gün səyahətçilər sadəcə görməli yerləri gəzməklə kifayətlənmək istəmir. Onlar gedilən yeri həqiqətən hiss etmək istəyir. Yemək bunun ən yaxşı yoludur - çünki sizi birbaşa yerli həyat və ənənələrlə əlaqələndirir... Ən dəyərli təcrübələr adətən yerli aşpazlarla və ailəvi mətbəxlərlə bağlı olur: burada siz yalnız reseptləri deyil, onların arxasındakı hekayələri də öyrənirsiniz".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 642 Tarix: 10 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabrBu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabrİstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb
İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki
19 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabr