Əbədi olaraq itmiş hesab edilən quş geri döndü: Bu necə baş verdi?

Əbədi olaraq itmiş hesab edilən quş geri döndü: Bu necə baş verdi?70 illik qoruma proqramı sayəsində bu quşun populyasiyası təxminən 500 fərdə çatıb.

Takahenin "yenidən doğuluşu": itmiş hesab edilən quşun necə tapıldığı izah edildi

Yeni Zelandiyada yarım əsrdən artıq müddət ərzində nəsli kəsilmiş sayılan uça bilməyən takaxe quşu nadir şəkildə geri qayıdıb: 70 illik mühafizə proqramı sayəsində populyasiya təxminən 500 fərddən ibarət səviyyəyə yüksəlib və yaxınlarda bir qrup quş onilliklərdən sonra ilk dəfə yeni yaşayış yerlərinə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Rutqers Universitetinin evolyusiya bioloqu Skott Trevers "Forbes" üçün yazdığı məqalədə bildirib.

Alimin sözlərinə görə, takaxe (Porphyrio hochstetteri) yalnız Yeni Zelandiyanın Cənub adasına xas olan iri, uça bilməyən quşdur. XIX əsrin sonunda onun demək olar ki, tamamilə yox olduğu düşünülürdü. Tarixi məlumatlara əsasən, sonuncu məlum takaxe 1898-ci ildə görülüb və bundan sonra növün mövcudluğunu təsdiqləyən heç bir məlumat olmamışdı.

XX əsrin əvvəlində takaxe artıq yalnız muzey eksponatları və qazıntı sümükləri ilə tanınan, Yeni Zelandiyanın qədim quşlar aləmindən qalmış "itmiş" növ hesab edilirdi. Bu vəziyyət, təxminən yarım əsr sonra növün yenidən aşkar edilməsinə qədər davam edib.

1948-ci il noyabrın 20-də dörd nəfərlik ekspedisiya zamanı, doktor Ceffri Orbellin rəhbərlik etdiyi komanda Mörçison dağlarındakı ucqar alp vadisində sağ qalmış takaxe qrupunu yenidən tapıb.

Takaxenin yoxa çıxmasının səbəbləri

Mütəxəssislərin bildirdiyinə görə, takaxe insanların gəlməsindən əvvəl bir sıra təhlükələrlə üzləşib: yaşayış mühitinin məhv edilməsi, ovlanma, eləcə də t xor, siçan, maral və digər invaziv məməlilər kimi yırtıcı və ot yeyənlərin adaya gətirilməsi. Bütün bunlar quşun qida mənbəyini və təhlükəsiz yuvalama yerlərini demək olar ki, tamamilə yox etmişdi. Trevers ehtimal edib ki, növün "yoxa çıxmasının" əsas səbəbi məhz sağ qalma göstəricisinin kəskin aşağı düşməsi olub.

Alim qeyd edib ki, 1948-ci ildəki kəşf minildə bir dəfə baş verə biləcək tapıntı idi: rəsmi olaraq nəsli kəsilmiş elan edilən quşun vəhşi təbiətdə sağ qaldığı ortaya çıxıb. Bu hadisə dünyada ən uzunmüddətli və ən qeyri-adi növ bərpa proqramlarından birinə əsas qoyub.

2023-cü ilə gəldikdə isə intensiv mühafizə tədbirləri nəticəsində takaxe populyasiyası bir neçə vəhşi və idarə olunan qruplar da daxil olmaqla təxminən 500 fərddən ibarət olub.

Genetik araşdırma nələri göstərdi?

Trevers bildirib ki, növün yenidən tapılması onunla bağlı bütün suallara cavab verməyib. Bioloqlar takaxenin mənşəyi, qədim yayılma arealı və genetik "daralma"nın onun gələcəyinə təsiri ilə bağlı araşdırmaları davam etdiriblər.

2023-cü ildə "Molecular Ecology" jurnalında "Otago" universitetinin alimləri tərəfindən dərc edilən tədqiqat vəziyyəti dəyişib. Alimlər subfosillərdən, muzey materiallarından və canlı nümunələrdən qədim və müasir mitoxondrial genomları ardıcıllıqla oxuya biliblər. Nəticələr göstərib ki:

* Takaxe bir vaxtlar bütün Cənub adasında yayılıb və qədimdə regionlara görə bölünmə olmayıb. Populyasiyalar bir-birinə çox oxşar olub.

* İnsanların adaya gəlməsindən sonra genetik müxtəliflik kəskin azalıb. Bu isə böyük əhali çökməsinə işarə edir. Ən mümkün səbəb - təxminən 750 il əvvəl insanların gəlişi və onların gətirdiyi yırtıcılar.

* Takaxe çox qədim evolyusiya budağıdır. Onun Şimal adasında yaşamış nəsli kəsilmiş qohumundan təxminən 1,5 milyon il əvvəl ayrıldığı müəyyən edilib.

* Mövcud takaxelər bir vaxtlar geniş yayılmış populyasiyanın son nümayəndələridir və genetik müxtəlifliyin azalması onların bərpasını çətinləşdirir. Buna görə quşların relokasiyası və yaşayış mühitinin qorunması diqqətlə idarə edilməlidir.

Mühafizə tədbirləri və nəticələr

Trevers yazır ki, sonuncu vəhşi populyasiyanın tapılması yalnız başlanğıc idi. Onilliklər ərzində alimlər və təbiət mühafizəçiləri invaziv yırtıcıların, yaşayış mühitinin dəyişməsinin və sərt alp şəraitinin yaratdığı təhdidlərə baxmayaraq, takaxenin yaşamaq şansını artırmaq üçün böyük işlər görüblər.

Bu səylərin nəticəsi olaraq, 12 fevral 2025-ci ildə Kvinstaun yaxınlığındakı Ris vadisinə - 18 min hektar yüksək dağlıq əraziyə - 18 takaxe buraxılıb. Bu addım növün özünü təmin edən vəhşi populyasiyalarını yaratmaq məqsədi daşıyırdı və eyni zamanda, elmi əsaslarla hazırlanmış mühafizə proqramlarının növləri yox olmaqdan xilas edə biləcəyinin göstəricisi olub.

Takaxeni xilas etməyi çətinləşdirən amillər

Məqalənin müəllifi vurğulayır ki, takaxenin sağ qalma hekayəsini təsirli edən amillərdən biri də bu quşun nadir xüsusiyyətləridir:

* Uça bilməyən və ağırdır. Takaxe dünyanın ən iri müasir rallidlərindən biridir və uça bilməməsi onu yırtıcılar qarşısında həssas edir.

* Xüsusi qidalanma tələbləri var. O, alp otlaqlarında yaşayır və sərt, lifli otlardan asılıdır. Bu isə mühitin keyfiyyətini həyati vacib edir.

* Yırtıcılara qarşı son dərəcə həssasdır. Takaxe yerüstü məməlilərin olmadığı mühitdə formalaşdığı üçün t xor, pişik və siçan kimi növlər qarşısında demək olar ki, müdafiəsizdir.

Bu səbəblər növün qorunmasını xüsusilə çətinləşdirir: təkcə takaxeni çoxaltmaq kifayət etmir, həm də mühitin idarə edilməsi, yırtıcı nəzarəti və uzunmüddətli monitorinq tələb olunur.

Məhz buna görə takaxenin "yenidən dirçəlişi" dünyanın ən ilhamverici təbiət bərpası hekayələrindən biri hesab olunur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 18101   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi

ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma

20 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

İrakli Kobaxidze: Gürcüstanda 1600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib

Gürcüstanda 1 600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanda 1 600 məcburi köçkün ailəsi yeni, tam təmirli mənzillərlə təmin olunacaq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimind

19 sentyabr
.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20 sentyabr