Hakan Fidan: Biz yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq

Hakan Fidan: Biz yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq"Bizim gücümüz, qüvvətimiz və iradəmiz var, amma biz yalnız yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq. Suriyada, İranda, İraqda, bölgədəki bütün münasibətlərimizdə bu vəziyyət bizi şəffaf olmağa məcbur edir".

"Report" "Ahaber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.

Onun sözlərinə görə, rəsmi Ankara Suriyanın cənubunda baş verənləri yaxından izləyir: "Suriyanın cənub bölgəsində məsələ son dərəcə vacibdir. Hazırda bu, bəlkə də ən böyük risk sahəmizdir.

İsrailin iştirakından irəli gələn bir risk sahəsi var və həmin sahəni çox yaxşı idarə etmək lazımdır. Çünki bu, özü ilə daha böyük risklər gətirə bilər. Bu həmçinin, İraqın və İordaniyanın təhlükəsizliyi üçün vacibdir. Biz bunun dialoq, sülh və konsensus vasitəsilə baş verməsini təşviq edirik".

Nazir əlavə edib ki, Suriyadakı PYD/YPG terrorçu qruplaşmaları İsraildən dəstək alır: "Bu həmişə belə olub. İdeoloji mübarizə aparırsansa, siyasətlə məşğul olmalısan. Yolunuza silahla davam etsəniz, qarşılığında silahla qarşılaşacaqsınız".

Rusiya-Ukrayna müharibəsi barədə danışan Hakan Fidan əlavə edib ki, iki ölkə arasında sülh sazişinin bəzi maddələri referendum yolu ilə həll oluna bilər:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi müharibə başlayandan bəllidir. Rusiya Prezidenti Vladimir Putin atəşkəs əldə etməyə hazırdır. Hər iki tərəf nə istədiklərini və nəyi istəmədiklərini açıq şəkildə bildirirlər; problem tərəflərin istədikləri ilə istəmədikləri arasında uyğunsuzluqdur. Vasitəçiyə məhz burada ehtiyac var. Prezidentimiz Putinlə görüşündə bunu ifadə edib.

Biz xüsusi olaraq iki sahədə razılaşma tələb edirik. Əgər hərtərəfli atəşkəs və sülh razılaşması yoxdursa, gəlin iki sahədə məhdud razılığa gələk: enerji yataqlarının hədəfə alınmaması və Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 324   Tarix: 14 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yer Günəşdən maksimum uzaqlaşacaq

İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,

6 iyul
.

İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb

İranın Ermənistandakı səfirliyi ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlayıb. "Report" xəbər verir ki, səfirliyin müraciəti "X" sosial şəbəkə hesabında paylaşılıb. "Siz Ayətullah Xameneiyə (Əli Xamenei) sui-qəsd etdiniz, insanları öldürmək olar, amma idealları yox"

5 iyul
.

Ərdoğan ABŞ ilə İran arasında əldə olunan atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə İstanbulda keçirdiyi görüşdə İslamabad razılaşması ilə ABŞ və İran arasında əldə edilən atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Türkiyə lideri "X" sosial şəbəkəsind

5 iyul
.

Aydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir

Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna

6 iyul
.

Fransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək

Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır

5 iyul
.

Estoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb

Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir. "Report" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. Mixala dəstəyin əvvəlk

5 iyul
.

Yəmən sahillərində gəmi hücuma məruz qalıb

Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni

5 iyul
.

Məşhur dağıstanlı şairi ilan sancdı - Reanimasiyaya yerləşdirilib

Dağıstanda tanınmış dargin şairi və mahnı müəllifi İlyas İdziyevi zəhərli gürzə ilanı çalıb. -a istinadən bildirir ki, hadisə Dağıstanın İzberbaş şəhərində şairin yaşadığı fərdi evdə baş verib. Qohumlarının sözlərinə görə, İlyas İdziyevi Dağıstanda yayılan və Qırmızı Kitaba daxil edilmiş zəhərli gürz

5 iyul
.

Slovakiyada baş nazirin ödənişlərdən məhrum edilməsi üzrə referendum baş tutmadı

Slovakiyanın Dövlət Seçki Komissiyası Baş nazir Robert Fitsonun ömürlük ödənişlərdən məhrum edilməsi məsələsi ilə bağlı keçirilən referendumun baş tutmadığını elan edib. bildirir ki, bu barədə ölkənin TASR informasiya agentliyi məlumat yayıb. Referendum seçici fəallığının aşağı olması səbəbindən ba

5 iyul