BMT Baş katibi Sidneydə törədilən terror aktını pisləyib

BMT Baş katibi Sidneydə törədilən terror aktını pisləyibBMT Baş katibi Antoniu Quterreş Sidneydə Hanuka bayramı zamanı baş verən və 12 nəfərin həlak olduğu silahlı hücumu pisləyib.

"Report" xəbər verir ki, Quterreş bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Sidneydə Hanukanı qeyd etmək üçün toplaşan yəhudi ailələrinə qarşı törədilən dəhşətli hücuma görə sarsılmışam və onu qətiyyətlə pisləyirəm. Hanukanın ilk günündə - sülh və işıq möcüzəsinin qaranlığı məğlub etdiyi bayramda - düşüncələrim bütün dünyadakı yəhudi icması ilədir", - paylaşımda qeyd olunub.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə Avstraliyadan gələn xəbərləri son dərəcə kədərləndirici adlandırıb:

"Birləşmiş Krallıq Bondi çimərliyindəki dəhşətli hücumdan təsirlənən hər kəsə başsağlığı verir və onların yanında olduğunu bildirir. Mənə vəziyyətin gedişi barədə mütəmadi məlumat verilir", - o, "X" hesabında yazıb.

Sidneydəki bayram iştirakçılarına hücumu Çexiya rəhbərləri də pisləyiblər. Prezident tərəfindən dekabrın 15-i hökuməti təsdiqlənəcək baş nazir Andrey Babiş hadisəni "iyrənc terror aktı" kimi xarakterizə edib. Həlak olanların ailələrinə başsağlığı verənlər arasında istefada olan baş nazir Petr Fiala və digər siyasətçilər də olub.

Qeyd edək ki, faciənin baş verdiyi Yeni Cənubi Uels ştatının polis komissarı Mol Lanyon bu gün bildirib ki, Sidneydəki çimərlikdə baş verən insident terror aktı kimi qiymətləndirilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 439   Tarix: 14 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

20 sentyabr
.

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının milli arzu olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, İ.Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi tədbirində çıxışı zamanı deyib ki, hökumət ərazi bütövlüyünün bərpasın

19 sentyabr
.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır

ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr

19 sentyabr