Tarixin ən uzun uçuşu: quşlar eniş etmədən nə qədər uça bilər?
Təxminən bir sutka davam edən Avstraliyaya uçuş uzun səfər kimi görünə bilər, lakin uzunqanad adlanan quşun bacardığı ilə müqayisədə bu, xırda bir məsələdir. Bir çoxumuz bir neçə saatdan sonra narahat olmağa başlayırıq, özü də yerimizdə oturduğumuz halda. İndi isə təsəvvür edin ki, havada qalmaq üçün qollarınızı 10 ay ardıcıl açıq vəziyyətdə saxlamaq lazımdır.
Qaynarinfo "IFL Science" portalına istinadən xəbər verir ki, rekordçu uzunqanad enmədən məhz bu qədər uça bilir.
Uelsli ornitoloq Ronald Lokli hələ 1970-ci illərdə uzunqanadların belə bir qabiliyyətə malik ola biləcəyini irəli sürsə də, bu nəzəriyyəni yalnız 2016-cı ildə İsveçin Lund Universitetindən olan tədqiqatçılar qrupu təsdiqləyə bilib.
Araşdırma 2016-cı ildə "Current Biology" jurnalında dərc olunub.
Bunun üçün komanda 13 yetkin uzunqanadı müşahidə edib və quşların üzərinə uçuş aktivliyini qeydə alan akselerometrlərlə, eləcə də yerləşmə yerlərini müəyyənləşdirmək üçün işıq səviyyəsi sensorları olan miniatür məlumat qeydiyyatçıları bərkidib. Bəzi quşlar İsveçdən Sahranın cənubuna qış miqrasiyası zamanı və geri dönüşdə bir neçə il ərzində izlənilib.
Nəticələr alimlərin uzun müddətdir şübhələndiyi faktı təsdiqləyib: uzunqanadlar vaxtlarının böyük hissəsini havada keçirir. İzlənilən quşlar ildə cəmi iki ayı balalamaq üçün yerdə keçirib. Digər 10 ay ərzində bəzi fərdlər qısa müddətə enmiş olsa da, yenə də vaxtlarının 99,5 faizindən çoxunu uçuşda olublar.
Üç uzinqanad isə miqrasiya dövrünün bütün 10 ayı boyunca ümumiyyətlə yerə enməyib. Bu, xüsusilə də cəmi təxminən 40 qram çəkisi olan kiçik quşlar üçün olduqca təsiredici göstəricidir.
Tədqiqatçılar hesab edirlər ki, "marafonçular"la eniş edənlər arasındakı fərq tüklənmə ilə bağlı ola bilər: eniş edən quşlar tük dəyişməyib, havada qalanlar isə uçuş lələklərini yeniləyiblər.
"Tük dəyişib-dəyişməmələri onların ümumi vəziyyətindəki kiçik fərqlərə və ya parazitlərin mövcudluğuna işarə edə və növ daxilində fərdi uçuş davranışını izah edə bilər", deyə tədqiqatın müəllifi Anders Hedenström bildirib.
Quşlar bu qədər necə uça bilir? Bu sual çoxlarını maraqlandırır, çünki istənilən fiziki fəaliyyət enerji tələb edir. Məlum olur ki, uzunqanadlar uzunmüddətli uçuşlar zamanı enerjini nisbətən az sərf etməyə uyğunlaşıblar.
Anders Hedenström "Nature" jurnalına bildirib ki, uzunqanadlar təkamül prosesində son dərəcə səmərəli uçan quşlara çevriliblər: onların bədən forması axınayönlüdür, uzun və dar qanadları isə minimal enerji itkisi ilə qaldırıcı qüvvə yaradır. Bu, enerjiyə qənaət etməyə kömək edir, üstəlik onlar havada uçarkən birbaşa həşəratlarla qidalanaraq tez-tez "yanacaq doldura" bilirlər.
Uçuş zamanı qidalanmaqla yanaşı, insanların olduğu kimi dincəlmək ehtiyacı da yarana bilər. Uzunqanadlarıb yuxu məsələsi isə hələ də açıq qalır. "Onlar freqat quşları kimi süzülmə zamanı yata bilərlər. Hər gün sübh və qürub vaxtı uzunqanad iki-üç kilometr hündürlüyə qalxır. Ola bilsin ki, onlar yavaş eniş zamanı yatırlar, amma buna tam əmin deyilik", deyə Hedenström Lund Universitetinin açıqlamasında qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi