Yeni ildə bu rəngləri geyinməyin: onlar xoşbəxtliyi, pulu və sevgini uzaqlaşdırır

Yeni ildə bu rəngləri geyinməyin: onlar xoşbəxtliyi, pulu və sevgini uzaqlaşdırırAstroloqların fikrincə, Yeni il gecəsində yalnız gözəl obraz seçmək kifayət deyil, həm də müəyyən rənglərdən qaçmaq vacibdir. 2026-cı ilin simvolu olan odlu at rənglərə qarşı həssasdır və uyğun olmayan seçim il başlayar-başlamaz yorğunluq, gərginlik və ya durğunluq hissi yarada bilər.

Ölkə.az xarici mediaya istinadla hansı rənglərin xoşagəlməz enerji daşıdığını izah edir.

Soyuq mavi və buz kimi açıq göy
Bu çalarlar xoşbəxtliyə mane ola və ilin əvvəlində emosional soyuqluq yarada bilər. Onlar 2026-cı ilin od enerjisini zəiflədir və insanın pozitiv hadisələr üçün "görünməz" olmasına səbəb olur. Soyuq mavi münasibətlərdə laqeydlik, sevinc gətirə biləcək mühüm anların isə solğunlaşması ilə əlaqələndirilir.

Buz kimi açıq göy isə uzaqlaşdırıcı enerji daşıyır və Yeni il gecəsində taleyin sizə gətirə biləcəyi hədiyyələrlə aranıza məsafə qoya bilər.

Təmiz ağ
Ağ rəng bayram gecəsi gözəl görünsə də, astroloqlara görə, 31 dekabrda o, lazımlı enerjiləri "silib ata" bilər. Şərq ənənəsinə əsasən ağ rəng boşluqla assosiasiya olunur və bu, Yeni il gecəsində şansın azalması və emosional dəstəyin zəifləməsi ilə özünü göstərə bilər. Sevgidə ağ rəng uzaqlaşma, maliyyədə isə qeyri-müəyyənlik yaradır, sanki ələ almaq istədiyiniz şeylər əlinizdən çıxır.

Bütün solğun çalarlardakı boz
Boz rəng ddlu atın gücünü zəiflədir və maliyyə axınlarını bloklaya bilər. O, yorğunluq, qeyri-müəyyən niyyətlər və ilham çatışmazlığı ilə əlaqələndirilir. Bu rəng ilin ilk günlərini ağır və zəif enerjili edə, mühüm prosesləri ləngidə bilər. Astroloqlar boz rəngi Yeni il gecəsi üçün ən riskli çalar adlandırırlar.

Bataqlıq rəngi, xaki və zeytun tonları
Yaşılın çirkli və tünd çalarları 2026-cı ildə məişət problemləri və anlaşılmazlıqları özünə çəkə bilər. Bu rənglər uğursuzluğu simvolizə etdiyindən, il ərzində xırda, lakin bezdirici çətinliklərə səbəb ola bilər. Maliyyədə bu tonlar gecikmələr və düşünülməmiş addımlar riskini artırır. Münasibətlərdə isə əsassız qısqanclıq və gərginlik yarada bilər.

Soyuq çəhrayı
Bu çalara sahib geyim yüngüllüyü azaldır və emosional dalğalanmalar gətirir. O, insanı daha həssas edir və yeni tanışlıqların qarşısını ala bilər. Münasibətlərdə soyuq çəhrayı qeyri-müəyyənlik və narahat anlar yarada bilər. Həmçinin ilin əvvəlində maliyyə enerjisinin zəifləməsinə təsir göstərir.

Təmiz "güzgüvari" parıltıya malik gümüş
Gümüş metalın soyuğu ilə assosiasiya edilir. Odlu At ilində bu rəng od enerjisinin birbaşa əksidir və şans, pul axınlarını zəiflədə bilər. Gümüş insanın həyatında sanki "pauza" effekti yaradır.Münasibətlərdə gümüş yanlış anlaşılma və səssiz konfliktlər riskini artırır, maliyyə məsələlərində isə qeyri-sabitlik və səhv qərarlar ilə nəticələnə bilər.(lent.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2079   Tarix: 15 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını

11 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr