Dünyada ən sürətli heyvan hansıdır?
Bir çox insanı Yer üzündə ən sürətli heyvanın hansısı olduğu maraqlandırır.
Qaynarinfo "IFLScience" jurnalına istinadən xəbər verir ki, bu suala cavab verərkən heyvanların yaşadığı mühiti nəzərə almaq lazımdır. Buna görə nəşr quru, dəniz və səma kateqoriyalarını ayırıb.
Quruda ən sürətli heyvan
Bəbir dünyada ən sürətli quru məməlisi hesab olunur və 120 km/saatadək sürət yığa bilir. Axıcı və incə bədəni, güclü əzələləri sayəsində bu heyvan ovunu təqib edərkən 0-dan 60 km/saat sürətə cəmi üç saniyəyə çatır. Hesab edilir ki, bəbirlər hər addımda sürətlərini saatda təxminən 10 kilometr artıra bilirlər.
Materialda qeyd olunur ki, bu heyvanların ovları da sürətli qaçış qabiliyyətinə malikdir. Məsələn, springbok antilopu 88 km/saat sürət yığa bilir. Həmçinin həşəratları da unutmaq olmaz, xüsusilə Avstraliya pələng böcəyini. Onun maksimal sürəti cəmi 9 km/saat kimi görünsə də, bu, həmin kiçik həşəratın saniyədə bədən uzunluğunun 125 qatını qət etməsi deməkdir ki, bu da ona milçəkləri saniyələr içində tutmağa imkan verir.
Dənizdə ən sürətli heyvan
Dənizdə ən sürətli heyvan mövzusunda müəyyən mübahisələr var. Bu səbəbdən adətən iki növ qeyd olunur: qara marlin və yelkənbalığı.
"Ümumi razılaşmaya görə, qara marlin saatda 128 kilometr sürət yığaraq yelkənbalığını qabaqlaya bilir, halbuki yelkənbalığının maksimal sürəti 109 kilometrdir", deyə "IFLScience" izah edir.
Səmada ən sürətli heyvan
Dünyanın ən sürətli quşu şahin-sapsandır. Üfüqi uçuş zamanı 88 km/saat sürətlə hərəkət edən bu quş kifayət qədər sürətlidir. Lakin onun əsl möhtəşəmliyi şığıma zamanı üzə çıxır. Ov zamanı şığıyaraq 320 km/saatdan artıq sürət yığmaq qabiliyyəti rekordlar kitabına layiqdir, nəşr əlavə edir.
Materialda bildirilir ki, bu dəfə "fəxri qeyd" ağboğaz sivişənə verilir. O, üfüqi uçuşda rahatlıqla 170 km/saat sürət yığa bilir. Qızıl qartal isə şahin-sapsandan sonra ikinci yeri tutur və şığıma zamanı 240 km/saat sürətə çata bilir.
Bundan əlavə, dünyada ən sürətli uçan həşəratın Avstraliya iynəcəyi olduğu məlumdur. O, 58 km/saat sürətə çata bilir ki, bu da onu həşəratlar arasında ən sürətli növ edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1900 Tarix: 15 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman
20 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabr