İnsanların 50 yaşından sonra peşman olduqları 16 səhv

İnsanların 50 yaşından sonra peşman olduqları 16 səhv50 yaşında, bəzən isə daha gec bir həqiqət aydın olur: keçmişi dəyişmək mümkün deyil, amma gələcək hələ də açıqdır. İnsanlar isə tez-tez bəzi şeyləri düzgün etmədiklərinə görə peşman olurlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "BestLife" yazır.

2024-cü ildə aparılan sorğu göstərib ki, 50 yaşdan yuxarı amerikalıların 10 nəfərindən 6-sı əvvəl qəbul etdikləri, xüsusən maliyyə ilə bağlı qərarlardan peşmandır. Eyni zamanda, respondentlərin 80 faizi bildirir ki, hazırda həyatlarını dəyişmək qabiliyyətinə əvvəlkindən daha çox inanırlar.

"Əgər siz uzun bir həyat yaşamısınız və heç nədən peşman deyilsinizsə, yəqin ki, o həyat o qədər də maraqlı olmayıb", deyə Kornell Universitetinin gerontoloqu Karl Pillemer yaşlı amerikalılarla apardığı söhbətləri şərh edərkən bildirib.

Ekspertlər 50 yaşdan sonra insanların ən çox nədən peşman olduqlarını və bu mərhələdə həyatı daha xoşbəxt etmək üçün nələri dəyişməyin mümkün olduğunu bölüşüblər.

1.Ailədə yadlaşma

Pillemer və komandası 65 yaşdan yuxarı 1 500 nəfəri ən böyük peşmanlıqları barədə sorğulayıb. Ən çox rast gəlinənlərdən biri, məsələn, övladla bağlı həll olunmamış ailə münaqişələridir.

"40 yaşınız olanda və uşağınız 18 yaşında ikən ‘ya mənim dediyim kimi, ya da heç cür’ kimi prinsipial görünən mövqelər 80 yaşında demək olar ki, heç vaxt haqlı görünmür", deyə Pillemer bildirir.

Digər övladlarla münasibətlər yaxşı olsa belə, məhz bu bərpa olunmayan qırılma insanlara çox ağrı və peşmanlıq yaşadıb.

2.Pensiya üçün yetərli yığımın olmaması

Bir çox insan gənclikdə daha çox pul yığmadığına görə peşman olur.

"Həyat şəraiti onlara qənaət etməyə imkan vermirdi, indi isə 40-50 yaşlarında, hətta 30 yaşlarında verilən qərarlar ciddi şəkildə özünü göstərir", deyə "Lab Financial" şirkətinin baş direktoru Kevin Çensellor izah edib.

Bu səbəbdən qiymətlərin artdığı bir dövrdə layiqli həyat səviyyəsini qorumaq çətinləşir.

3.Sağlamlığa etinasızlıq

Sağlamlığı görməzlikdən gəlmək 50 yaşdan sonra ən böyük peşmanlıqlardan biridir.

"İnsanlar tez-tez düşünür: "Mən siqaret çəkməyi sevirəm", "İdmanı sevmirəm" və ya "Mən sadəcə yeməyi sevirəm - bir az tez ölsəm nə olar?" Problem ondadır ki, siz indi tez ölməyəcəksiniz - müasir tibb sizi xroniki xəstəliklərlə daha 10-20 il yaşadacaq", deyə Pillemer bildirir.

4.Ailə və dostlara az vaxt ayırmaq

Bir çox insan yaxınları ilə kifayət qədər vaxt keçirmədiyinə görə peşman olur.

"Birlikdə çalışdığım insanlar tez-tez etiraf edirdilər ki, ailələrini adi bir şey kimi qəbul ediblər", deyə psixoterapevt Qreys Blurak bildirir.

Onlar ağır xəstələnəndə isə məhz ailə yanlarında olub, qayğı və dəstək göstərib.

5.Həddindən artıq işləmək

Ailə hesabına həddən artıq işləmək də geniş yayılmış peşmanlıqlardandır.

Blurak işinə görə çox səyahət edən bir satıcıdan bəhs edir. O, balaca qızını maddi cəhətdən təmin etsə də, onunla yaxın münasibət qura bilməyib və sonradan işi ailədən üstün tutduğu üçün özünü bağışlamayıb.

6.Az səyahət etmək

Gənclikdə çox səyahət edənlər belə, bunu daha çox etmədiklərinə görə peşman olurlar.

"Əgər seçim mətbəxin təmiri ilə səfər arasındadırsa, səyahəti seçin", deyə yaşlı bir qadın Pillemerə bildirib.

7.Yalan danışmaq

İnsanlar həm başqalarına, həm də özlərinə qarşı səmimi olmadıqlarına görə peşmanlıq hissi keçirirlər.

"Yalan, xəyanət və ya qeyri-dürüstlük qocalıqda insana rahatlıq vermir", deyə Pillemer vurğulayır.

Hətta aldadıldığını yaşamaq belə dərin iz buraxır.

8.Arzunu reallaşdırmamaq

Bir çoxu illərlə pul xatirinə sevmədiyi işdə çalışdığını etiraf edir. Onlar dəyərlərinə uyğun və həyatlarına məna qatan bir yolu seçmədiklərinə görə peşman olurlar.

9.Riskdən qaçmaq

Bəzi insanlar hisslərini boğduqlarına, daha açıq və sevgi dolu olmağa cəsarət etmədiklərinə görə peşmandırlar.

10.Səhv tərəfdaş seçimi

İnsanlar tez-tez həyat yoldaşı seçimində daha diqqətli olmalı olduqlarını etiraf edirlər. Bir qadın Pillemerə bildirib ki, ümumiyyətlə evlənməmək, yanlış insanla evlənməkdən daha yaxşıdır.

11.Özlərinə qayğı göstərməmək

Bir çoxları düşünür ki, daha sağlam qidalansaydılar, daha çox yatıb özlərinə diqqət etsəydilər, ciddi xəstəliklərdən qaça bilərdilər.

12.Hisslər haqqında danışmamaq

Tibb bacısı Bonni Verin sözlərinə görə, insanlar başqalarını incitməmək üçün emosiyalarını boğublar. Nəticədə orta səviyyəli həyat yaşayıb və yığılan incikliklər səbəbindən xəstələniblər.

13.Dostları itirmək

Məşğulluq və gündəlik rutin səbəbindən insanlar vacib dostluq əlaqələrinin itməsinə imkan verib və sonradan buna görə dərindən peşman olublar.

14.Xoşbəxtliyi seçməmək

Bir çoxları nəzarət edə bilmədikləri şeylərə görə vaxt itirdiklərini və xoşbəxtliyin əslində bir seçim olduğunu gec anladıqlarını deyirlər.

15.Özlərinə qarşı həddən artıq sərt olmaq

İnsanlar daimi narahatlıq və özünütənqid səbəbindən aylar və illər boyu özlərini yıpratdıqlarına görə peşman olurlar.

16.Kifayət qədər sevgi göstərməmək

Bir çox insan daha qayğıkeş olmadıqlarına və "səni sevirəm" sözünü daha tez-tez demədiklərinə görə peşmanlıq hissi keçirir.

Bu peşmanlıqlardan qaçmağın 5 yolu

Pensiya anlayışını yenidən düşünün - Pensiya son deyil, könüllülük, biznes və ya köhnə arzular üçün yeni başlanğıc ola bilər.

Sağlamlıq üçün texnologiyalardan istifadə edin - Fitnes qurğuları və telemedisina 50 yaşdan yuxarı insanlara daha aktiv və sağlam qalmağa kömək edir.

Ünsiyyət dairəsini bərpa edin və genişləndirin - Sosial əlaqələr 50 yaşdan sonra uzunömürlülüyün əsas amillərindən biridir.

Beyinə qayğı göstərin - Meditasiya, idrak məşqləri və öyrənmə yaddaşın yaşla zəifləməsini xeyli gecikdirə bilər.

Pulları həyatın mənası ilə uzlaşdırın - Keçmiş maliyyə qərarlarına görə peşmanlıq olsa belə, yanaşmanı dəyişmək və səyahətə, ailəyə, mirasa və ya başqalarına köməyə sərmayə qoymaq üçün heç vaxt gec deyil.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 591   Tarix: 19 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Tanış usta" dövrü sona çatır - Ev tikintisində yeni müqavilə tələbi gəlir

Azərbaycanda ev tikdirənlərin bəzisi bu işi şirkətlərə, bəzisi isə tanıdığı, işinə bələd olduğu ustaya həvalə edir. Şirkətlər mənzil sahibi ilə evin tikintisi haqqında detalları, yəni hansı müddətə işin başa çatacağını, nə qədər vəsait xərclənəcəyini və digər məsələləri danışıb, müqavilə bağlayırlar

7 fevral
.

Çaya limon əlavə etmək nə vaxt lazımdır? - Sağlamlıq faydalarını itirmədən

Dadını, ətrini və faydalı xüsusiyyətlərini qorumaq üçün limonlu çayı necə dəmləmək olar. Mağazalardakı böyük çeşidə baxmayaraq, adi qara çay limonla birlikdə milyonlarla insan üçün gündəlik sevilən içki olaraq qalır. Limon əlavə edilmiş çay nahar və ya şam yeməyindən sonra içmək üçün ideal hesab olunur

4 fevral
.

Tarixdə ilk dəfə evtanaziyalı donordan üz köçürüldü

İspaniyada pasiyent evtanaziya tətbiq edilmiş donordan alınan üz transplantasiyası sayəsində yeni simaya qovuşub. bu barədə "Euronews" telekanalına istinadən xəbər verir. Məlumata görə, Barselonada yerləşən Val-d"Ebron Universitet Klinikası tarixdə ilk dəfə olaraq evtanaziya tətbiq edilmi

3 fevral
.

Ustalıqla park etdi, hər kəsi heyrətə saldı - VİDEO

İstanbulda bir yaşayış kompleksinin avtodayanacağında lentə alınan görüntülər sürücülərin ən böyük problemlərindən biri olan dar məkanda parklanma mövzusuna yeni baxış gətirib. türk mediasına istinadən xəbər verir ki, avtomobilini demək olar ki, mümkünsüz görünən bir boşluğa tək hərəkətlə və böyük ustalıql

3 fevral
.

Nar şirəsinin bu qədər faydalı olduğunu bilirdiniz?

Nar şirəsi tərkibində bioaktiv birləşmələrin çoxluğu səbəbilə uzun illərdir alimlərin diqqətini cəlb edir. xarici mediaya istinadla maksimum fayda əldə etmək üçün onu nə vaxt və necə içmək lazım olduğunu təqdim edir:. Nar şirəsi haqqında nə bilmək lazımdır. Bu içkinin müntəzəm, lakin ölçülü qəbulu ürək-dama

5 fevral
.

Həkim adi soyuqdəymənin gizli riskləri barədə xəbərdarlıq etdi

Kəskin respirator virus infeksiyaları (KRVİ) tez-tez burun axması, öskürək və temperaturla müşayiət olunan yüngül xəstəlik kimi qəbul edilir. Lakin praktikada istənilən tənəffüs yolu infeksiyası - həm viruslu, həm də bakterial - ciddi fəsadlara səbəb ola bilər. xəbər verir ki, tibb elmləri namizədi Lyubo

6 fevral
.

"Kraliça Fatimə" - Yamalın nənəsi bu fotodan sonra sosial media ulduzuna çevrildi

"Hər şey kraliça Fatimə ilə başlayıb". -ın xarici mediaya istinadən xəbərinə görə, Lamin Yamalın atası Munir Nasraui, "Barselona"nın "Elçe" üzərində 3-1 hesablı qələbəsindən sonra çəkdirdiyi şəkli belə şərh edib. Şəkildə o və Laminin nənəsi, xalat və günəş eynəyi taxara

2 fevral
.

Ronaldoya oxşayan gənc artıq ona bənzəmir!

Kristiano Ronalduya bənzərliyi ilə tanınan Gökmen Akdoğan son görüntüsü ilə sosial mediada müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, istifadəçilərin böyük bir hissəsi artıq onun məşhur futbolçuya o qədər də bənzəmədiyini iddia edərək paylaşıma müxtəlif şərhlər yazıblar. Uzun müddə

2 fevral
.

Çayın üzərindəki nazik təbəqə haqqında şok həqiqət: Görün nə içirik

Bəzən dəmlənmiş çayın səthində bitki yağına bənzəyən nazik bir təbəqə görmək olur. Bir çox insan bunu dərhal pestisid izləri ilə əlaqələndirsə də, mütəxəssislər bildirirlər ki, müasir bitki mühafizə vasitələri çayda demək olar iz buraxmır. Əslində bu "yağlı" kimi görünən təbəqə çox vaxt çayı

2 fevral