"TikTok" uzun müddətdir davam edən mübahisəyə son qoyur
"TikTok" sosial şəbəkəsi ABŞ bölməsinin satılması üzrə sazişi imzalayıb və bölmə artıq ABŞ investorlarının nəzarətində olacaq. Bu da tətbiqə ABŞ-də qadağan qoyulmasından yayınmağa imkan verəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Axios" nəşri şirkətin baş direktoru Şou Çunun daxili memorandumuna istinadən məlumat verib.
Saziş platformanın Çinin "ByteDance" şirkətinə məxsus olması səbəbindən milli təhlükəsizliklə bağlı narahatlıqlardan qaynaqlanan və "TikTok" ətrafında uzun müddətdir davam edən mübahisəyə son qoyur. Memoranduma əsasən, qapalı sazişin 2026-cı il yanvarın 22-də bağlanması planlaşdırılır.
"Oracle", "Silver Lake" və Əbu-Dabidə yerləşən MGX fondu birgə şəkildə "TikTok USDS Joint Venture LLC" adlı yeni müəssisənin 45%-i üzərində nəzarəti əldə edəcəklər. Səhmlərin əlavə 20%-ni isə "ByteDance" özündə saxlayacaq. Qalan üçdəbiri isə onun investorları tərəfindən idarə olunacaq.
Birgə müəssisə müstəqil olacaq və mövcud ABŞ istifadəçilərinin məlumatlarına, tövsiyələr alqoritminin təhlükəsizliyinə, məzmunun (kontentin) moderasiyasına və proqram təminatı dəstəyinə nəzarəti öz üzərinə götürəcək. Tövsiyələr alqoritmi xarici təsirləri aradan qaldırmaq üçün yalnız ABŞ istifadəçi məlumatları əsasında yenidən formalaşdırılacaq.
Daha əvvəl, sentyabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ-nin "TikTok"la bağlı Çinlə razılığa gəldiyini açıqlamışdı. Sentyabrın 20-də isə o, Vaşinqtonun Çinlə "TikTok" üzrə sazişi həyata keçirməyə başladığını bildirmişdi.
"TikTok"un satın alınmasında iştirakçılar "Oracle"ın həmtəsisçisi Larri Ellison, "Dell"in baş direktoru Maykl Dell, eləcə də Merdok ailəsinin nümayəndələri Laklan və Rupert olublar.
Bundan əlavə, Ağ Ev rəhbəri "TikTok" sazişinin məbləğinin "nəhəng" olduğunu qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 734 Tarix: 19 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14 sentyabr 2021Bio Balance Age Reversing Instant Wrinkle Filler
Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:
10 sentyabr 2021Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR
Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd
12 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1
15 sentyabr 2021Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO
Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi
16 sentyabr 2021