"Bacım çox döyülüb" - Elvin Abdullayev - VİDEO - FOTO

"Bacım çox döyülüb" - Elvin Abdullayev - VİDEO - FOTOBaxmayaraq ki, yataqxana idi, lakin biz çox xoşbəxt idik
ARB TV-nin "Gəlin Danışaq" verilişinin növbəti qonağı müğənni Elvin Abdullayev olub.

Maraqlı açıqlamalar verən müğənni, ilk olaraq kasıb ailədə böyüdüyünü bildirib:

"Sakit ailədə böyümüşəm, özüm sakit uşaq olmuşam. Kasıb bir ailədə böyümüşəm. O qədər kasıb deyildik ki, acından ölək, ancaq elə şeylər var idi ki, onu almaq istərdim, amma imkanımız çatmazdı. Mən yataqxanada böyümüşəm. Misal üçün yay gələrdi, amma bizim xiyar, pomidor almağa imkanımız çatmazdı. Amma şükürlər olsun bu günə".

Daha sonra Elvin sakit keçən uşaqlığından söz açıb:

"Atamı, anamı incidən bir uşaq olmamışam. Bacım çox dəcəl olub. O çox döyülüb, mən yox. İndinin özündə də həmişə atam deyir ki, yazıq qızın başın vurmuşam, amma sən "juk" olmusan, həmişə vəziyyətdən çıxmağı bacarmısan. Uşaqlıqdan böyüklərin anlayacağı şeyləri anlamışam. Ona görə həmişə sakit olmağa çalışmışam".

Ailəsinin çətin anlarından danışan müğənni məcburiyyətdən rayona köçdüklərini deyib:

"Atam Qax rayonundandır. Nənəm həmişə deyirdi ki, görürəm vəziyyətiniz ağırdır. Heç olmasa, gəlin buradan fındıq yığın, aparıb satın vəziyyətdən çıxın. O vaxt yadıma gəlir 2-ci, 3-cü sinifləri Qaxda oxumuşam, çünki dərslərimdən də yayınırdım. Atam məcbur idi ki, getsin o fındıqları yığsın".

Elvin sonda qeyd edib ki, qaldıqları yer yataqxana olsa da bütün xoşbəxt anları ora ilə bağlıdır və son aldıqları evi də məhz bu səbəbdən yataqxananın önündən alıblar:

"Yox mən almadım, atam aldı. Çox qaldıq yataqxanada. Baxmayaraq ki, yataqxana idi, lakin biz çox xoşbəxt idik. Ən gözəl günlərimiz o yataqxanada olub. Yataqxanadan sonra 2 ev dəyişdik, ən son evimizi gəlib yataqxananın qabağından aldıq. Çunki uşaqlığım orada keçib".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5393   Tarix: 04 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

18 aprel
.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21 aprel
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18 aprel
.

Mətanət Əsədova ünvanına yazılan tənqidlərdən danışdı

"Mən təbii, saf insanam, hər şeyi danışıram". Bu fikirləri müğənni Mətanət Əsədova ARB telekanalında yayımlanan "Günaydın, Azərbaycan" proqramında deyib. O, ünvanına yazılan tənqidlərdən söz açıb. "Deyirlər ki, ərə gedib çıxa bilmədi. Uşağı olmadı. Haqqımda daha nələr yazmırlar

22 aprel
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17 aprel
.

"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA

"Cavanşirin ölümü gözlənilmədən baş verdi". xəbər verir ki, bunu "Unikal"a açıqlamasında bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun həyat yoldaşı Xalidə Məmmədova deyib. O bildirib ki, Cavanşir Məmmədovun ürəyinə stent qoyulmuşdu:. "Hadisə 1 saniyə içində baş verdi

20 aprel
.

Cavanşirin qudası: "Nəvəsi görüb ki, babası..." - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Əməkdar artist Cavanşir Məmmədov qəfil ürəktutmasından evində vəfat edib. Sənətkarın qudası Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, sənətkarın ölümü 5 dəqiqə ərzində baş verib:. "Cavanşir müəllim durduğu yerdə dünyasını dəyişdi. Demə

20 aprel
.

Cavanşir Məmmədovun ÖLÜM SƏBƏBİ BİLİNDİ

Əməkdar artist Cavanşir Məmmədovun vəfatından danışan Əməkdar artist Firuzə İbadovanın qızı onun ürəyində problem olduğunu vurğulayıb. O, -a açıqlamasında bildirib ki, Cavanşir Məmmədovun ürəyinə dörd ədəd stent qoyulub:. "Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Biz

20 aprel
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26 aprel