ABŞ-də Rusiya səfirliyinin qarşısındakı "casus evi" satışa çıxarılıb
Vaşinqtonda Rusiya səfirliyinin qarşısında yerləşən ev 3.85 milyon dollara satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə yazan "The Washington Post" nəşri həmin villanı "casus evi" adlandırıb.
Məlumata görə, həmin ev 1935-ci ildə inşa edilib və uzun illər italyalı miqrant ailəsi və onların qohumlarının olub. Qəzet yazır ki, 1980-ci illərin sonlarında bina icarəyə verilib.
2023-cü ildə yerli "Washingtonian" nəşri ərazidəki qonşuların dediklərinə istinadən xəbər yayıb ki, ev 1990-cı ildən başlayaraq onilliklər ərzində Federal Təhqiqatlar Bürosu tərəfindən Rusiya səfirliyini izləmək üçün istifadə olunub. Yerli sakinlər diplomatik missiyaya yönəlmiş tündləşdirilmiş pəncərələrdən kameraları görüblər.
Bina son 10 ildə boş olub. Əvvəlki sahibləri əvvəlcə villanı demensiya xəstələrinin yerləşdirildiyi müəssisəsinə çevirməyi planlaşdırsalar da, sonra onu satışa çıxarıblar.
2024-cü ildə "casus evi" əmlak tikinti şirkəti tərəfindən satın alınıb. Evdə təmir işləri başlayıb və içəridə hər şey yenidən qurulub. Villanın "casus" keçmişinə aid işarələr də var: birinci mərtəbədə vanna otağı pilləkənlərin altında gizlədilib və çərçivəyə salınmış rəsmin üzərinə basmaqla ora daxil olmaq mümkündür.
Qeyd olunur ki, hazırda satışa çıxarılan evin əvvəllər "casus yuvası" olması potensial alıcıları cəlb edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 483 Tarix: 21 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrHörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabrDonald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrBu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabr