Alimlərdən yeni kəşf: Yerdə fəsillərin dəyişməsi sinxron deyil
Kaliforniya Universitetinin Berkeley kampusundan olan alimlər müəyyən ediblər ki, Yer üzündə fəsillərin dəyişməsi hətta yaxın bölgələrdə belə eyni vaxtda baş vermir.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature" jurnalında dərc olunub.
Komanda müəyyən edib ki, coğrafi enlik, yüksəklik və ya eyni yarımkürədə yerləşmək mövsümlərin ritminin eyni olacağı demək deyil. Bəzi yerlərdə yaz və ya bitki örtüyünün maksimum inkişaf dövrü xeyli əvvəldən başlayır, digər yerlərdə isə gecikir, hətta bu bölgələr bir-birinə yaxın olsa da.
Alimlər bu nəticəyə son 20 ildə Yer ekosistemlərini peyk müşahidələri vasitəsilə araşdırdıqdan sonra gəliblər. Bu məlumatlara əsaslanaraq onlar torpaq üzrə mövsümi dəyişiklikləri ətraflı göstərən xəritə hazırlayıblar. Xəritə iqlim və relyefin yaratdığı özünəməxsus "təbii saat zonalarını" ortaya qoyub.
Nəticələr göstərib ki, mövsümlərin xüsusilə güclü sinxronizasiya pozulması bioloji müxtəlifliyi yüksək olan bölgələrdə müşahidə olunur. Alimlərin fikrincə, belə dəyişkənlik qonşu yerlərdə fərqli yaşayış şəraitləri yarada və zamanla növlərin təkamülünə təsir göstərə bilər.
Məsələn, bitkilər yaxın bölgələrdə fərqli vaxtlarda çiçəklənirsə və ya resurslar mövsümlərə görə dəyişirsə, bu, heyvanların çoxalma dövrlərini dəyişdirə və hətta populyasiyaların qarışmasını əngəlləyə bilər. Uzun müddətli perspektivdə bu fərqliliklər yeni növlərin yaranmasına səbəb ola bilər.
"Yaxşı nümunə - Arizona ştatında Feniks və Tuson şəhərləri. Nisbətən yaxın olmalarına baxmayaraq, birində yağışın pik dövrü qışa, digərində isə yay mussonlarına təsadüf edir və bu fərqli ekosistemlər yaradır. Oxşar fərqliliklər Aralıq dənizi iqliminin müşahidə olunduğu bölgələrdə də var, burada bitki örtüyünün maksimal inkişafı digər yerlərə nisbətən gec baş verir", alimlər izah ediblər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, mövsümlərin "bir təqvim" əsasında qəbul edilməsi iqlim və ekoloji modellərdə reallığı sadələşdirir. Yerli fərqlilikləri nəzərə almaq vacibdir ki, iqlim dəyişikliyinin təbiət və insan üzərindəki təsirləri daha dəqiq proqnozlaşdırılsın.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1194 Tarix: 22 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabrİstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb
İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki
19 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrTramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabr