Bir kəndin sakinlərini zəngin edən məhsul! Həkimlər, iş adamları bura axın edir - VİDEO
Bursanın İnegöl rayonunun kənd ərazisi olan Konurlar məhəlləsində təxminən 20 il əvvəl başlayan qoz istehsalı bu gün artıq Türkiyə miqyasında tanınan bir sahəyə çevrilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qısa müddətdə böyük inkişaf göstərən qozçuluq həm bölgə iqtisadiyyatına ciddi töhfə verir, həm də gənclər üçün yeni məşğulluq imkanları yaradır.
Kənd təsərrüfatı istehsalında məhsul müxtəlifliyi və geniş əkin sahələri ilə seçilən İnegöldə qoz istehsalı son 15-20 ildə sürətlə artıb. Hazırda rayonda 30 min dekardan çox ərazidə qoz yetişdirilir. Bağların böyük hissəsi hələ tam məhsuldarlıq dövrünə çatmayan gənc bağlardan ibarətdir.
İnegöldə "Qoz kəndi" kimi tanınan Konurlar məhəlləsinin bələdiyyə sədri İlhami Uysal bildirib ki, əvvəllər kənd sakinləri əsasən tütünçülüklə dolanırdı. Onun sözlərinə görə, 20 il əvvəl bir nəfərin qoz bağı salması ilə bu sahənin əsası qoyulub və zamanla digərlərinə də nümunə olub.
Uysal qeyd edib ki, hazırda məhəllədə 3 min 500 dekar qoz bağı var:
"Bu sahənin 1 500 dekarı artıq suvarılır. Qalan hissə də mart ayında su ilə təmin ediləcək və bütün qoz bağları suvarıla bilən olacaq."
Muxtarın sözlərinə görə, Konurlarda 10 min tondan çox qoz istehsal olunur. Məhsul həm yaşıl qabıqlı, həm də taxta qabıqlı formada satılır və ölkənin dörd bir yanına, hətta xaricə ixrac edilir.
"Yığım oktyabrda başlayır və 15-20 gün davam edir. Noyabr-dekabr aylarında qoz tapmaq çətinləşir, demək olar ki, hamısı satılır. Qozumuz yağlı və ləzzətli olduğu üçün böyük maraq görür. Yeməklik qoz üçün bəzən 1-2 ay əvvəldən sifariş verilir."
Konurlar qoz bağları ilə tanındıqca investor marağı da artıb. İlhami Uysal bildirib ki, xüsusilə iş adamları və həkimlər qoz bağlarına sərmayə yatırırlar:
"Bursadan, İstanbuldan, hətta Trabzon və Ərzurumdan gəlib torpaq alanlar, boş sahədə sıfırdan bağ salanlar var. Bu gün torpağın bir dönümü 300-500 min lirə arasında satılır."
Qiymətlərə də toxunan Uysal deyib ki, ötən il yaşıl qabıqlı qozun kilosu 90-120 lirə aralığında satılıbsa, bu il qiymətlər 120 lirədən başlayaraq 150 lirəyə, taxta qabıqlı qoz isə 130-160 lirəyə qədər yüksəlib.
"Əgər tütündə qalsaydıq, bu qədər qazana bilməzdik. Tütündə pulu bir il gözləyirdik, qozda isə yığan kimi satır və qazancı dərhal əldə edirik."
Məhəllədə gənc qoz istehsalçılarından biri olan 20 yaşlı Mehmet Bali isə bu sahənin həm kənddən köçün qarşısını aldığını, həm də əksinə, geri köçü təşviq etdiyini bildirib. Onun sözlərinə görə, özlərinə məxsus 3 dönüm, icarə ilə isə 250 dönüm sahədə qoz istehsal edirlər:
"İnegöl mərkəzində mebel fabrikində qısa müddət işlədim, sonra buraya qayıtdım. Çiftçilik öz işimizdir, ən azından qazancımız var. Bu il bir çox kənd təsərrüfatı məhsulunda itki olsa da, biz qozdan yaxşı gəlir əldə etdik."
Konurlar məhəlləsi bu gün qoz bağları və yüksək keyfiyyətli məhsulu ilə bölgənin ən uğurlu kənd təsərrüfatı nümunələrindən biri kimi göstərilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 898 Tarix: 22 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14 sentyabr 2021Bio Balance Age Reversing Instant Wrinkle Filler
Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:
10 sentyabr 2021Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR
Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd
12 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1
15 sentyabr 2021Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO
Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi
16 sentyabr 2021