Qış üçün ən yaxşı qadın ətirləri
Qış ətirlərində "isidən" notlar üstünlük təşkil edir. Bu aromatlar sevilən desertləri xatırladır.
Lent.az bu ətirləri təqdim edir:
Qış ətirləri daha isti, rahat və şirin olur sanki "isidir". Onlar soyuq havada itməyən, parlaq və yadda qalan ətir izi buraxmaq üçün yaradılıb.
Soyuq havada yüngül sitrus notları tez "yoxa çıxır", qışda isə isti və doymuş çalarlar üstünlük təşkil edir - vanil, ambra, müşk, ağac notları (şam, ardıc, sidr qatranı), eləcə də ədviyyatlar: darçın, istiot, kardamon. Qış mövsümündə desertləri xatırladan aromatlar xüsusilə populyardır: vanilli kapkeyklər, panna-kotta və ya darçınlı bulkalar.
Maison Francis Kurkdjian Oud Satin Mood Extrait de Parfum
Bu versiya ambra notlarını sevənlər üçün idealdır. Tərkibindəki qızılgül intensiv, heyvani ud ağacının kəskinliyini yumşaldır.
Əsas notlar: bənövşə çiçəkləri, Dəməşq qızılgül yağı, darçın, ud (aloy ağacı), benzoin, vanil.
"REPLICA" When the Rain Stops
Çiçəkli və torpaq notları unikal su akkordu ilə birləşərək yağışdan sonra meşədə olma hissi yaradır.
Əsas notlar: su akkordu, qızılgül ləçəyi, mamır, şam, berqamot, çəhrayı istiot.
Dolce&Gabbana Devotion Eau de Parfum
Əgər qışda şirin desert kimi qoxulamaq istəyirsinizsə, bu ətri kolleksiyanıza əlavə edin. Aroma klassik italyan deserti panettone-dan ilhamlanıb, sitrus notları isə ona təravət qatır.
Əsas notlar: şəkərlənmiş sitruslar, portağal çiçəyi, vanil, rom.
Maison Francis Kurkdjian Paris Baccarat Rouge 540
Baccarat Rouge "zəngin qız" ətirinin əsl simvoludur. Zərif, eleqant və çox incə aromadır.
Əsas notlar: yasəmən, zəfəran, sidr, ambra, amberwood, şam qatranı.
BYREDO Vanille Antique Parfum Extract
Təsəvvür edin ki, soyuq bir gündə kamin yanında oturmusunuz, qalın kaşmir sviterə bürünüb burbon içirsiniz. Byredo-nun Vanille Antique ətri məhz bu hissi yaşadır.
Əsas notlar: vanil, kaşmir, ağac notları, müşk, ambra, gavalı.
TOM FORD Ombré Leather Eau De Parfum
Ədviyyatlı və çiçək notlarının cəsarətli və seksual birləşməsidir. Bu ətirin hər notu azadlıq və orijinallıq arzusunu xatırladır.
Əsas notlar: dəri, bənövşə, yasəmən, ambra, mamır, paçuli.
Loewe Solo Elixir
Loewe Solo-nun daha intensiv versiyasıdır. Tərkibində bayram ab-havasını xatırladan şirin-vanilli balzam qatranı var.
Əsas notlar: lavanda, yasəmən, mandarin, iris, muskat qozu, darçın, paçuli.
Azzaro Forever Wanted Elixir
Moruq, mandarin və kardamonun qarışığı əvvəlcə meyvəli bir ətir yaradır, daha sonra isə ağac notlarına çevrilir.
Əsas notlar: moruq, yaşıl mandarin, berqamot, muskat adaçayı və kardamon ürək notları, dəri akkordu, vetiver.
Orpheon Diptyque
Bu, demək olar ki, flakonda Miladdır. Ardıc gilələri, sidr və tonka paxlaları xüsusi bayram əhvali-ruhiyyəsi yaradır.
Əsas notlar: ardıc gilələri, sidr, tonka paxlaları, yasəmən, pudralı notlar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3037 Tarix: 22 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14 sentyabr 2021Bio Balance Age Reversing Instant Wrinkle Filler
Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:
10 sentyabr 2021Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR
Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd
12 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1
15 sentyabr 2021Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO
Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi
16 sentyabr 2021