İsa peyğəmbər həqiqətənmi 25 dekabrda doğulub - Alimlər nə deyir?
Tarixi baxımdan Nazaretli İsa birinci əsrin yəhudi vaizi və dini lideri olub. Bir çox ölkələrdə o, insan cildinə girmiş Oğul-Allah və Yəhudi Müqəddəs Yazılarında (Tövrat və ona bağlı kitablar) öncədən müjdələnmiş, intizarla gözlənilən Məsih hesab olunur. Məhz sonuncu inanc ona "Xristos" (Məsih) adını qazandırıb.
Dünyanın hər yerində xristianlar 25 dekabrda İsanın doğulmasını qeyd edirlər. Üstəlik, müasir təqvim illəri məhz onun doğum ilindən etibarən sayır. Bəs o, həqiqətənmi həmin gün doğulub?
Qaynarinfo xəbər verir ki, "IFL Science" resursu alimlərin bu barədə nə dediyini araşdırıb.
Ümumilikdə, İsanın doğum tarixini dəqiq müəyyən etmək üçün o dövrə aid kifayət qədər sübut yoxdur. Lakin 25 dekabrla bağlı ənənəvi baxışın da heç bir elmi əsası yoxdur.
"Birincisi, "sıfırıncı il" deyə bir anlayış mövcud olmayıb. Hətta mövcud olsaydı belə, İsa həmin vaxt doğulmayıb. İsanın ölümündən bütöv bir nəsil sonra yazılmış Matta və Lukanın kanonik İncilləri bəzi tarixi əlaqələr qursa da, onlar bir-biri ilə uzlaşmır. Matta doğumun Böyük İrodun dövründə baş verdiyini qeyd edir. Luka isə doğumun Suriyanın Roma valisi Kvirini tərəfindən keçirilən siyahıyaalma zamanı olduğunu deyir", - materialda bildirilir.
Siyahıyaalma bizim eranın 6-cı ilində baş tutub. Lakin İrod bundan ən azı 7, bəlkə də 10 il əvvəl vəfat etmişdi. Bizim eradan əvvəlki illərdə digər siyahıyaalmalar da keçirilmişdi. Alimlər İrodla bağlı əlaqəni digərlərindən daha inandırıcı hesab edirlər, buna görə də İsanın doğum ilinin daha real olaraq e.ə. 6-cı və 4-cü illər arası olduğu qəbul edilir.
Öz növbəsində, "Betleyem (Beytləhm) ulduzu"na əsaslanan nəzəriyyə göydəki bu əlamətin əslində bir kometa olduğunu iddia edir. Bu halda İsa e.ə. 5-ci ildə doğulmuş olardı.
Milad niyə məhz 25 dekabrda qeyd olunur?
Xristianlığın ilk əsrlərində möminlər Miladı qeyd etmirdilər. Pasxa və sonradan Epifaniya (Allahın təzahürü) bayramları yalnız b.e. II əsrindən etibarən qeyd olunmağa başlandı. İsa Məsihin 25 dekabrda doğulması ilə bağlı məlum olan ilk qeyd b.e. III əsrinə aiddir və Romalı İppolitə məxsusdur. "Milad" (Christmas) kimi tanınan bayramın xristian ənənəsinin bir hissəsinə çevrilməsi üçün daha bir neçə onillik lazım oldu.
Alimlər illərdir İsanın həqiqətən 25 dekabrda, yoxsa ilin başqa bir günündə doğulduğu barədə mübahisə edirlər. Qış və bahar fəsilləri ən çox ehtimal olunan mövsümlər kimi görünsə də, kanonik (və qeyri-kanonik) İncillərdə buna dair heç bir sübut yoxdur.
"1200-cü illərdən bəri insanlar 25 dekabr ilə Roma bayramı olan Sol Invictus (Məğlubedilməz Günəş) arasındakı əlaqəni hiss ediblər. Bu bayram günəş duruşundan dərhal sonra, günlərin uzanmağa başladığı vaxtı qeyd edirdi. Bayramın tam adı "Dies Natalis Solis Invicti"dir ki, bu da latın dilindən tərcümədə "Məğlubedilməz Günəşin Doğum Günü" deməkdir. İtalyanların hələ də Milad bayramına verdiyi "Natale" adı məhz buradan gəlir", - deyə müəlliflər qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 723 Tarix: 24 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1
15 sentyabr 2021Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021Körpəm məni nə zaman eşitməyə başlayır?
Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki
17 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021Payızın 4 trend rəngi - FOTO
Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın
8 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021Fransada porno saytlar məhkəməyə verildi
Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki
7 sentyabr 2021