Almaniyada metallurgiya sənayesi üzrə iş yerlərinin azalacağı gözlənilir
Almaniyanın metallurgiya və elektrik sənayesi işəgötürənləri həmkarlar ittifaqı ("Gesamtmetall") 2026-cı ildə metallurgiya və elektrotexnika sahələrində on minlərlə iş yerinin itirilməsini proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu fikri "Gesamtmetall"ın rəhbəri Oliver Çander "Bild" qəzetinə verdiyi şərhdə bildirib.
Birliyin fikrincə, bunun səbəbi alman müəssisələri üçün yüksək istehsal xərcləridir.
"Şirkətlər istehsal güclərinin qeyri-səmərəli istifadəsi ilə barışa bilməz. Hazırda biz ayda təxminən 10 min iş yeri itiririk. Almaniyada vergilər, enerji və işçi qüvvəsi xərcləri o qədər yüksəkdir ki, burada istehsal bir çox şirkətlər üçün sadəcə mənfəətsiz olub", - o deyib.
Çander vurğulayıb ki, bu sektorda məşğulluq artıq 21 aydır davamlı olaraq azalır və bu tendensiya qısamüddətli perspektivdə dəyişməyəcək. Oktyabrın sonuna qədər Almaniyanın metallurgiya və elektrotexnika sektorunda 3,816 milyon nəfər çalışırdı.
"Gesamtmetall"ın rəhbəri Almaniya hökumətini Avropa İttifaqında (Aİ) bürokratiyanın azaldılması üzərində daha fəal işləməyə çağırıb. O bildirib ki, bu il Avropa Komissiyası tərəfindən qəbul edilən icbari hüquqi aktların və düzəlişlərin sayı üzrə yeni rekord qeydə alınacaq.
"Kansler Fridrix Mertsin təklifi ilə Avropa dövlət və hökumət başçıları 13 fevral 2026-cı ildə Aİ-nin rəqabətqabiliyyətliliyini artırmağı nəzərdə tuturlar. Çox vacibdir ki, orada hüquqi aktların sayının azaldılması barədə qərar da qəbul edilsin", - Çander fikrini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 395 Tarix: 28 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabr