Küplərin içində körpə cəsədləri tapıldı - VİDEO

Küplərin içində körpə cəsədləri tapıldı - VİDEOAmasyada Fenikiyalılara aid izlər tapıldı: Körpə qurbanları ehtimalı gündəmdə

Türkiyənin Amasya vilayətində yerləşən Oluz Höyük qazıntıları zamanı antik dövrdə Şərqi Aralıq dənizindən bütün Aralıq dənizi sahillərinə yayılan finikiyalılara aid mühüm izlər aşkar edilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qazıntıların rəhbəri, İstanbul Universitetinin Arxeologiya Bölməsinin müəllimi professor doktor Şevket Dönmez bildirib ki, tapıntılar arasında Finikiyalıların məşhur şəhər-dövləti olan Kartacadan gətirildiyi ehtimal edilən insan başlı şüşə muncuqlar, eləcə də Finikiya tipli körpə məzarları var.

Qazıntılarda küplərin içərisinə yerləşdirilmiş 8 körpə və döl məzarı tapılıb. Professor Dönmez vurğulayıb ki, bu cür dəfn forması Anadoluda indiyədək heç bir ərazidə qeydə alınmayıb. Körpə məzarlarının bir-birindən müəyyən məsafədə yerləşdirildiyi bildirilib. Alim bu tapıntıların uşaqların qurban verildiyi bir mədəniyyətə işarə edə biləcəyini istisna etməyib.

Oluz Höyük qazıntılarında artıq 19 il geridə qaldığını xatırladan Dönmez, ərazidə 10 mədəni təbəqə müəyyən edildiyini və Oluz Höyüyün 6500 illik tarixə malik "bir kitab səhifəsi" kimi oxunduğunu deyib. Qazıntılar zamanı Pers, Frig və Het dövrlərinə aid saraylar, məbədlər və müxtəlif memarlıq qalıqları da aşkar edilib.

Xüsusilə Kubaba müqəddəs sahəsində əldə olunan nəticələrin diqqətçəkici olduğunu bildirən Dönmez, tapılan məbədin planının Arami və Fenikiya məbədlərinə bənzədiyini, uzun və meqaroid plan quruluşuna malik olduğunu söyləyib. Finikiyalıların Sami mənşəli bir toplum olduğunu xatırladan alim, onların Orta Anadolunun içlərinə qədər gəlib çıxmasının böyük sürpriz olduğunu qeyd edib.

Körpə məzarları ilə bağlı ilkin qiymətləndirmələrdə uşaqların Finikiya ənənəsinə uyğun olaraq qurban verildiyi və ya ölü doğulsalar belə bu şəkildə dəfn edildiyi ehtimal edilir. Prof. Dönmez bildirib ki, Finikiya dünyasında geniş yayılmış "Tofet" adlanan qurban edilmiş uşaqlara aid məzarlarla Anadoluda da qarşılaşmış ola bilərlər. Bunun elmi təsdiqinin isə yalnız antropoloji analizlər nəticəsində mümkün olacağını vurğulayıb.

Sonda qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin "Gələcəyə Miras" layihəsi çərçivəsində aparılan qazıntılar zamanı üzə çıxarılan təxminən 3 min artefakt Amasya Muzeyinə təhvil verilib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3528   Tarix: 29 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021