Bu balığı tutdular deyə dövlət onlara milyonlarca pul ödədi - VİDEO

Bu balığı tutdular deyə dövlət onlara milyonlarca pul ödədi - VİDEOAntalyada dəniz ekosisteminə və balıqçıların ov alətlərinə ciddi zərər vuran balon balığının populyasiyasını azaltmaq məqsədilə həyata keçirilən dəstəklənən ovçuluq fəaliyyəti çərçivəsində 2020-2025-ci illər arasında 111 min 197 balon balığı ovlanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu tədbirlər sayəsində təxminən 8 milyon 339 min 775 yeni balon balığının ekosistemə daxil olmasının qarşısı alınıb. Sözügedən dövrdə balıqçılara ümumilikdə 1 milyon 227 min 144 lirə məbləğində dövlət dəstəyi ödənilib.

Dənizlərdə sucul bioloji müxtəlifliyə təhlükə yaradan və güclü çənəsi ilə balıqçıların av alətlərinə ziyan vuran balon balığının sayının azaldılması məqsədilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən 2020-ci ildən etibarən balon balığı ovçuluğu dəstək proqramına daxil edilib. Proqram çərçivəsində balıqçı gəmisi lisenziyasına malik olan balıqçılar ovladıqları 8 növ balon balığını və ya onların quyruqlarını Kənd Təsərrüfatı və Meşəçilik İl Müdirliyi tərəfindən müəyyən edilmiş məntəqələrə təhvil veriblər.

Balon balığının sürətlə artan populyasiyasının azaldılması üçün ovlanmasının təşviq edildiyi bu tətbiq üzrə 2025-ci il dəstək proqramı çərçivəsində alış prosesləri 1 dekabrda başa çatıb. Antalya üzrə balon balığı ovçuluğu ilə məşğul olan balıqçılara 479 min 600 lirə məbləğində ödəniş edilib. Bu müddətdə şəhərdə balıqçılar "Lagocephalus sceleratus" növündən 10 min 204 ədəd, digər növlərdən isə 12 min 246 balon balığını təhvil veriblər. Xalq arasında "benekli balon balığı" kimi tanınan Lagocephalus sceleratus növünün hər biri üçün 35 lirə, digər növlər üçün isə hər balıq başına 10 lirə dəstək ödənişi həyata keçirilib. 2026-cı il üçün balon balığı ovçuluğuna dair dəstək müraciətləri isə 2 yanvar tarixindən başlayacaq.

Dəstək proqramı çərçivəsində ovlanan hər bir dişi balon balığı hesabına orta hesabla 75 yeni fərdin ekosistemə daxil olmasının qarşısı alınıb. Proqramda Lagocephalus sceleratus, Lagocephalus spadiceus, Lagocephalus suezensis, Lagocephalus guentheri, Torquigener flavimaculosus, Tylerius spinosissimus, Lagocephalus lagocephalu və Sphoeroides pachygaster növləri yer alıb.

Antalya Kənd Təsərrüfatı İl Müdirliyinin məlumatına görə, 2020-2025-ci illərdə 68 min 785 ədəd Lagocephalus sceleratus və 42 min 412 ədəd digər növlər olmaqla, ümumilikdə 111 min 197 balon balığı ovlanıb. Altı ov mövsümü ərzində balıqçılara 1 milyon 227 min 144 lirə dövlət dəstəyi verilib və bununla da milyonlarla yeni balon balığının dəniz ekosisteminə daxil olması əngəllənib.

Rəsmilər bildirir ki, balon balığı ovçuluğuna verilən dəstək həm dəniz ekosisteminin qorunması, həm də balıqçıların maddi itkilərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 9285   Tarix: 30 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021