Amerikada "zombi protein" təhlükəsi: Maral xəstəliyi yeni ərazilərə yayıldı

Amerikada "zombi protein" təhlükəsi: Maral xəstəliyi yeni ərazilərə yayıldı2025-ci il təbiət və insan sağlamlığı baxımından narahat edən bir xəbərlə başa çatır. Şimali Amerikadakı vəhşi həyat üzrə məsul şəxslər marallar arasında sürətlə yayılan və hər zaman ölümə gətirib çıxaran təhlükəli bir beyin xəstəliyi barədə xəbərdarlıq yayıblar.

Qaynarinfo xəbər verir ki, son həftələrdə ABŞ-ın Arkansas və Viskonsin ştatları ilə Kanadanın Manitoba bölgəsində "Xroniki Zəifləşdirici Xəstəlik" (CWD) kimi tanınan xəstəliyin əvvəllər müşahidə olunmayan ərazilərdə aşkar edildiyi bildirilib. "Dəli inək" xəstəliyinə bənzər xüsusiyyətlər daşıyan CWD yalnız ekosistem üçün deyil, potensial olaraq insanlar üçün də risk yaradır. Xüsusilə ovçular risk qrupuna daxildir.

CWD-nin əsas səbəbi prion adlanan qeyri-adi proteinlərdir. Prionlar normalda zərərsiz olan beyin proteininin yanlış qatlanmış formasıdır. Problem ondadır ki, bu pozulmuş proteinlər sağlamlarla təmas etdikdə onları da "yanlış qatlanmağa" məcbur edir. Bu zəncirvari təsir bir zombi epidemiyasını xatırladır. Zamanla beyində yığılan bu anormal proteinlər sinir toxumasını dağıdaraq heyvanın ölümünə səbəb olur.

Prion səbəbli xəstəliklər yalnız heyvanlarda deyil, insanlarda da görülə bilər. Bunların ən məşhuru isə ictimaiyyətə "dəli inək" olaraq tanınan süngərvari beyin xəstəliyidir. CWD-yə yoluxmuş marallarda isə ciddi nevroloji simptomlar, məsələn, şüur itkisi, hərəkət pozğunluqları və sürətli çəki itkisi müşahidə olunur.

CWD ilk dəfə 50 ildən çox əvvəl ABŞ-da aşkar edilib. Xəstəliyin prionlardan qaynaqlandığı anlamaq isə zaman alıb. O vaxtdan bəri xəstəlik Şimali Amerika boyunca davamlı şəkildə yayılmağa davam edir.

Dekabr ayının ortasında Arkansas Ovçuluq və Balıqçılıq Komissiyası ovlanmış ağ quyruqlu marallarda üç yeni CWD hadisəsinin aşkar edildiyini açıqlayıb. Qrant və Sevier bölgələrində görülən bu hallar həmin ərazilər üçün ilk hadisədir. Viskonsində isə Təbii Resurslar İdarəsi La Krosse dairəsində ilk pozitiv CWD test nəticəsini təsdiqləyib. Eyni dövrdə Manitoba hakimiyyətləri də beş yeni hal barədə məlumat verib: bunlardan ikisi xəstəliyin əvvəllər müşahidə olunmadığı bölgələrdədir.

CWD-ni digər prion xəstəliklərindən fərqləndirən əsas xüsusiyyət onun asanlıqla yoluxa bilməsidir. Xəstəlik yoluxmuş heyvanlarla birbaşa təmas və ya tüpürcək kimi bədən mayeləri vasitəsilə yayıla bilər. Həmçinin sidik və nəcislə ətrafa buraxılan prionların da yoluxmada rol oynaya biləcəyi düşünülür. Bu vəziyyət həm təbii mühitdə, həm də fermalardakı maral populyasiyalarında uzunmüddətli epidemiyaların riskini artırır.

Hələlik insanlarda təsdiqlənmiş bir hal olmasa da, alimlər ehtiyatlı davranır. "Dəli inək" xəstəliyinin çirklənmiş ətin istehlakı yolu ilə insanlarda Creutzfeldt-Jakob xəstəliyi (CJD) epidemiyalarına səbəb olduğu məlumdur.

Oxşar ssenarinin CWD-li maral ətini istehlak edən ovçular üçün də keçərli ola biləcəyi ehtimalı tamamilə istisna edilmir. Keçən il dərc edilmiş bir hadisə hesabatında CJD səbəbilə vəfat etmiş iki ovçunun yoluxmuş maral ətini istehlak etmiş ola biləcəyi irəli sürülüb. Lakin bu iddia hələ elmi olaraq təsdiqlənməyib və bəzi mütəxəssislər əlaqəyə ehtiyatla yanaşır.

CWD-nin təsiri yalnız fərdi heyvanlarla məhdudlaşmır. Genişmiqyaslı epidemiyalar yerli maral populyasiyalarını ciddi şəkildə azalda bilər. Bu da zəncirvari olaraq digər növlərə və regional ekosistemlərə təsir edə bilər.

Həmçinin maral yetişdiriciliyi sektoru da risk altındadır. Təxminən 7,9 milyard dollarlıq iqtisadi dəyərə malik bu sektor mümkün karantin və bağlanmalardan birbaşa təsirlənə bilər. Buna görə də Viskonsin hakimiyyətləri maralları bir araya toplayan yemləmə və qida buraxma tətbiqlərinə qadağanı uzadıb. Ovçulara isə test edilməmiş və ya CWD pozitiv olduğu bilinən maralların heç bir halda istehlak edilməməsi tövsiyə olunur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 685   Tarix: 31 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib

20 sentyabr
.

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb

Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v

22 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21 sentyabr
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr