Hələ buraxılmamış oyun 1 milyard dollara yaxın vəsait toplayıb

Hələ buraxılmamış oyun 1 milyard dollara yaxın vəsait toplayıbİlk dəfə 2012-ci ildə "Kickstarter"də maliyyələşdirilən çoxoyunçulu kosmik simulyator "Star Citizen" milyard dollarlıq bir oyuna çevrilməyə yaxındır. Pərəstişkarlar artıq oyun üçün 928 milyon dollar toplayıblar.

Qaynarinfo xəbər verir ki, "Cloud Imperium Games" studiyasının əsas gəlir mənbəyi virtual kosmik gəmilərin satışıdır. İstifadəçilər 45-1000 dollar dəyərində başlanğıc paketləri, eləcə də 1000 dollar və daha baha olan premium gəmiləri ala bilirlər. Maraqlıdır ki, bu gəmilərin bir hissəsi hələlik yalnız konsept səviyyəsində mövcuddur, lakin buna baxmayaraq pərəstişkarlar onları fəal şəkildə satın alırlar.

2025-ci il tərtibatçılar üçün ən uğurlu il olub: onlar 152 milyon dollardan çox vəsait cəlb ediblər. Analitiklərin proqnozlarına görə, 1 milyard dollar həddi artıq 2026-cı ilin ortalarına qədər keçiləcək. Müqayisə üçün qeyd edək ki, 1 milyard dollar "Cyberpunk 2077" oyununun büdcəsindən üç dəfə çoxdur.

Eyni zamanda "Star Citizen" hələ də alfa-test mərhələsindədir. Oyunun tam buraxılış tarixi yoxdur və yaxın bir neçə il ərzində çıxacağı da gözlənilmir. Təxmini olaraq "Star Citizen" 2028-ci ildə alfa mərhələsindən çıxacaq. Bundan əvvəl isə Hollivud aktyorlarının iştirak etdiyi süjet kampaniyası "Squadron 42"nin buraxılışı planlaşdırılır.

Media "Star Citizen"i oyun sənayesi tarixində ən mübahisəli layihələrdən biri adlandırır. Kraudfandinq kampaniyasının başlanmasından keçən 12 il ərzində kosmik simulyator və onun müstəqil süjet kampaniyası "Squadron 42" dəfələrlə təxirə salınıb. Çıxış tarixləri ilə bağlı suallara isə müəlliflər adətən yayınaraq "hazır olanda" cavabını verirlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1319   Tarix: 31 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021