İranda etirazçılara pulemyotlardan atəş açıldı

İranda etirazçılara pulemyotlardan atəş açıldıİranda etirazçılara pulemyotlardan atəş açılıb.

Milli.Az xəbər verir ki, İranda milli valyutanın kəskin ucuzlaşması və inflyasiya fonunda başlayan kütləvi aksiyalar silahlı münaqişə həddinə çatıb. Təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün ağır silahlardan istifadə etdiyi bildirilir.

Ölkənin bir çox bölgəsində, xüsusilə Mərvdəşt şəhərində vəziyyət olduqca gərgindir. Şahidlərin verdiyi məlumata görə, bəzi dövlət binalarının, bankların və məktəblərin damlarında yerləşdirilən pulemyotlardan nümayişçilərə birbaşa atəş açılır. Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhər üzərində helikopterlərin uçduğu və fasiləsiz silah səslərinin eşidildiyi əks olunub.

Hadisələr artıq 18-dən çox vilayəti əhatə edib. Fars, Luristan, Çaharmahal və Bəxtiyari vilayətlərində real güllələrdən istifadə nəticəsində çox sayda insanın həlak olduğu və yaralandığı qeyd edilir. Azna şəhərində isə nümayişçilərin polis bölməsinə hücum etməsi nəticəsində baş verən atışmada 3 nəfər ölüb, 17 nəfər ağır yaralanıb. Ekspertlər bu aksiyaların 2022-ci ildə baş verən hadisələrdən sonra ən böyük xalq etirazı olduğunu vurğulayırlar. Hazırda bir çox bölgədə internetə çıxış məhdudlaşdırılıb və küçələrdə hərbi texnikanın hərəkəti müşahidə olunur.

Qeyd edək ki, İranda etiraz dalğası dekabrın 28-dən etibarən iqtisadi çətinliklər və sosial bərabərsizliyə etiraz olaraq başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1568   Tarix: 02 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr
.

İlk Homo sapiensin üzü necə görünürdü?

Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf

22 sentyabr
.

ABŞ hərbçiləri Litvaya yola düşüb

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu

22 sentyabr
.

Ermənistan və Livan arasında tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Ermənistan Respublikasının Livandakı səfiri Sarmen Bağdasaryan Zahle şəhərindəki Gardenia Grain d'Or fabrikini ziyarət edib, şirkətin təsisçisi cənab Nikolas Əbu Faysal və Bekaa Sənayeçilər Birliyinin nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə -a səfirlikdən məlumat verilib. Səfər "Gardeni

22 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

Adanada 5,0 bal gücündə zəlzələ baş verib

Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi

21 sentyabr
.

Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq

İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy

22 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

İran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib

İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların

21 sentyabr