Türkiyə XİN: Ankara Venesueladakı vəziyyəti diqqətlə izləyir, vasitəçilik etməyə hazırdır
Ankara Venesueladakı vəziyyəti diqqətlə izləyir və böhranın həllində vasitəçilik etməyə hazırdır.
"Report"un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Biz Venesueladakı son hadisələri diqqətlə izləyirik. Türkiyə Venesuelanın sabitliyinə və Venesuela xalqının rifahına önəm verir", - bəyanatda vurğulanıb.
Nazirlik ölkədə mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələrə gətirib çıxarmasının qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırıb:
"Biz Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həlli üçün istənilən konstruktiv yardımı göstərməyə hazırıq. Karakasdakı səfirliyimiz Venesueladakı türk vətəndaşları ilə davamlı əlaqə və lazımi koordinasiyanı davam etdirir", - XİN əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 330 Tarix: 04 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard
Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları
6 iyulTusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır
Kiyev Varşava ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmalıdır. "Report" Polşa mediasına istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bugünkü mətbuat konfransında deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Silahlı Qüvvələrinin bölmələrindən birinə "UP
5 iyulABŞ-də atışma baş verib: Xəsarət alanlar var
Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind
5 iyulÇində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib
Çinin şimalında yağan güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində azı iki nəfər həyatını itirib. "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə Daxili Monqolustan Muxtar Rayonunun Tunlyao şəhərinin inzibati tabeliyində olan kənd ərazilərində baş verib. Məlumat
5 iyulTramp Türkiyəyə yola düşdü - Video
ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu
7 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyul