Bir ton çəkisi var, 400 ildən çox yaşayır: 7 metrlik balıq hansıdır?
Qrenlandiya köpəkbalığı dünyanın ən böyük köpəkbalıqlarından biridir. Lakin olduqca yavaş böyüyür - bir neçə il ərzində cəmi bir neçə santimetr uzanır. Bu isə onun son dərəcə uzunömürlü olduğuna işarə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Discover Wildlife" yazır.
Qeyd olunur ki, 2016-cı ildə Kopenhagen Universitetinin dəniz bioloqları köpəkbalıqlarının göz büllurlarında radiokarbon analizi apararaq bu heyvanların yaşını müəyyənləşdirməyə imkan verən məlumatlar toplayıblar.
Radiokarbonla tarixləmə metodu daha əvvəl balinaların yaşını müəyyən etmək üçün istifadə edilsə də, balıqların yaşının hesablanmasında ilk dəfə tətbiq olunub.
Tədqiqatın nəticələri göstərib ki, Qrenlandiya köpəkbalığının ömür uzunluğu ən azı 272 ildir. Bu da onu elmə məlum olan ən yaşlı onurğalı heyvan edir. Araşdırmanın nəticələri ABŞ-nin "Science" elmi jurnalında dərc olunub.
Maraqlıdır ki, tədqiqat qrupu uzunluğu 81 santimetrdən 502 santimetrə qədər olan 28 dişi Qrenlandiya köpəkbalığının göz büllurlarını araşdırıb.
Əldə edilən məlumatlar göstərib ki, bu köpəkbalıqları təxminən 150 yaşında cinsi yetkinliyə çatır. Ən böyük fərdin yaşı isə təxminən 400 il olaraq qiymətləndirilir. Onların uzunluğu 7 metrə, çəkisi isə demək olar ki, bir tona çata bilər.
Məqalənin aparıcı müəllifi Yulius Nilsen gözün köpəkbalıqlarının yaşının müəyyən edilməsində niyə həlledici rol oynadığını belə izah edib:
"Digər onurğalılarda olduğu kimi, göz bülluru metabolik baxımdan passiv olan xüsusi toxuma növündən ibarətdir. Büllurun mərkəzi köpəkbalığının doğulduğu andan dəyişmədiyi üçün toxumanın kimyəvi tərkibi onun yaşını müəyyən etməyə imkan verir. Qrenlandiya köpəkbalıqları planetdəki ən iri yırtıcı köpəkbalıqları sırasındadır və Arktika ekosistemində ali yırtıcı kimi rolu ciddi şəkildə qiymətləndirilməyib. Şimali Atlantikdə minlərlə belə köpəkbalığı təsadüfi ov kimi tora düşür və ümid edirəm ki, bizim araşdırmalar gələcəkdə Qrenlandiya köpəkbalığına daha çox diqqət ayrılmasına kömək edəcək".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 917 Tarix: 07 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman
20 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabrAdanada 5,0 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi
21 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabr