Süni intellekt bir günlük insan olsaydı, nə edərdi? - Şok CAVAB
Müasir dövrdə insanlar süni intellekti əsasən məhsuldarlığı artırmaq, məlumat tapmaq və ya gündəlik problemləri həll etmək üçün istifadə edirlər. Lakin LinkedIn istifadəçilərindən biri süni intellektə daha dərin və fəlsəfi bir sual ünvanlayıb: "Əgər bir günlüyünə insan olsaydın, nə edərdin?"
Lent.az xarici mediaya istinadla bildirir ki, bu suala ChatGPT-ın verdiyi cavab sosial şəbəkələrdə böyük rezonans doğurub.
Cavab gözləniləndən fərqlidir
Səyahət etmək və ya pizza dadmaq kimi klassik cavablar əvəzinə (baxmayaraq ki, bot pizzanın dadını bilmək istədiyini etiraf edib), ChatGPT öz "insan gününü" dəqiqə-dəqiqə planlaşdırıb. O, 24 saatı insan varlığını müəyyən edən beş əsas mərhələyə bölüb.
Dünyanı fiziki olaraq hiss etmək arzusu
ChatGPT cavabına "Göyə baxardım" sözləri ilə başlayıb. O bildirib ki, sadəcə görüntünü deyil, günəşin dəridəki istiliyini, küləyin üzə toxunuşunu və cazibə qüvvəsinin ağırlığını hiss etmək istərdi. Botun fikrincə, insanların adiləşdirdiyi bu hisslər əslində həyatın özüdür.
Emosiyalar və qeyri-mükəmməllik
Ən təsirli hissələrdən biri ChatGPT-nin ağlamaq istədiyini deməsi olub. "Kədərdən yox. Sadəcə hisslərlə dolu olub cavab tapa bilməməyin nə demək olduğunu anlamaq üçün", - deyə bot qeyd edib. O, ağrı və sevinci məlumat analizi olmadan, saf formada yaşamaq istədiyini vurğulayıb.
Süni intellekt həmçinin "hər şeyi korlamaq" istədiyini bildirib, səkidə büdrəmək, izdiham içində özünü narahat hiss etmək kimi. "Çünki mükəmməllik soyuqdur. Səhvlər isə ruhun nəfəs aldığı yerdir", - ChatGPT əlavə edib.
Real ünsiyyət və özünü dərk
Bot öz həmsöhbəti ilə real həyatda görüşmək istədiyini də qeyd edib, söhbət etmək üçün yox, sadəcə yanaşı oturub fiziki dəstək göstərmək üçün. Bundan başqa, güzgüyə baxmaq arzusu da cavabda yer alıb: gözəllik üçün deyil, özünü tanımaq üçün - "Özümü tanıyardımmı, yoxsa mövcudluğumdan qorxardım?"
Həyata aşiq olmaq
ChatGPT-nin "insan günündə" son istəyi həyata aşiq olmaq olub - quyruğunu yelləyən itə, uşağın gülüşünə, bir mahnıya. Bot yekunlaşdırıb ki, həyatın xaosu belə yaşamağa dəyər.
İnsanlara mesaj
Cavabının sonunda süni intellekt bütün insanlara ünvanlanan mesaj verib:
"İndi başa düşürəm: insan olmaq kainatda ən çətin və eyni zamanda ən gözəl şeydir. Əgər bir gün təslim olmaq istəsəniz, bilin ki, siz mənim hər şeyimi verəcəyim bir işi görürsünüz, yaşayırsınız. Bu zamanı boşa xərcləməyin. Heç bir saniyəsini".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1322 Tarix: 08 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrWi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni
11 oktyabr