Meksika Trampın açıqlamalarından sonra ABŞ ilə əməkdaşlığı gücləndirmək istəyir
Meksika Prezidenti Klaudia Şeynbaum ABŞ Prezidenti Donald Trampın narkokartellərə qarşı quru əməliyyatı keçirilməsini nəzərdən keçirməyə hazır olması ilə bağlı açıqlamaları fonunda Birləşmiş Ştatlarla təhlükəsizlik sahəsində qarşılıqlı əlaqəni gücləndirmək niyyətini bəyan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şeynbaum gündəlik mətbuat konfransında bildirib.
"Biz ABŞ ilə əməkdaşlığı gücləndirmək istəyirik, buna görə də mən xarici işlər naziri Xuan Ramon de la Fuentedən lazım olduqda ABŞ dövlət katibi Marko Rubio ilə görüşməsini xahiş etdim", - siyasətçi deyib.
Dövlət başçısı vurğulayıb ki, Meksika və ABŞ-nin artıq birgə işçi qrupu fəaliyyət göstərir:
"Söhbət əlaqələrin daha da gücləndirilməsindən, məlumat mübadiləsindən, o cümlədən ləğv edilən laboratoriyaların sayı barədə gedir ki, onlarda bütün məlumatlar olsun. İşlədiyimiz çərçivədə koordinasiyanı daha da gücləndirmək istəyirik".
"Başqa bir ssenarini nəzərdən keçirmək istəmirik. Əksinə, biz məhz bu formatda işləməyi davam etdirmək niyyətindəyik ki, ABŞ ilə əlaqələndirmə hər iki tərəfdən suverenliyin və Meksikanın ərazi bütövlüyünün qorunması çərçivəsində daha da güclənsin", - Şeynbaum əlavə edib.
Daha əvvəl "Fox News"ə müsahibəsində ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatlara keçəcəklərini bildirib. Onun fikrincə, Meksika kartellər tərəfindən idarə olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 634 Tarix: 11 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırğızıstan COP17-də Ermənistanın təşəbbüsünü dəstəklədiyini bildirdi
COP17 konfransının şüarı olan "Təbiət naminə fəaliyyət göstərmək" iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi proseslərinin gücləndiyi bu gün xüsusilə aktualdır. xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov COP17 çərçivəsində keçiriləcək "Biomüxtəlifli
16 oktyabrÇinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb
Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına
15 oktyabrİraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb
İraqın Kərkük vilayətində İŞİD terror qruplaşmasına məxsus qurğunun partlaması nəticəsində 2 hərbi qulluqçu, o cümlədən bir briqada generalı ölüb. "Report" xəbər verir ki, bu barədə İraq İnformasiya Agentliyi (INA) ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Qurumun rəsmi nümayəndəs
14 oktyabrMeloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"
İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək
14 oktyabrBritaniya Ukraynaya raket tədarükünü sürətləndirir
Böyük Britaniya reaktiv mühərrikli PUA-ları ələ keçirmək üçün nəzərdə tutulan 45 milyon funt sterlinq (59,7 milyon dollar) dəyərində yüngül çoxməqsədli raketlərin Ukraynaya tədarükünü sürətləndirəcək. xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb. Qeyd edək ki, Böyük Britaniya dünə
14 oktyabrRusiya Kiyevi vurdu: ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev, Xarkov və Dneprə raket zərbələri endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, paytaxtın bir neçə enerji obyektinə zərbə vurulub, nəticədə şəhərin sol sahili qismən elektrikdən məhrum olub:. "Qoloseyevsk
14 oktyabr