ABŞ-də polisin 3 uşaqlı ananı öldürməsi etirazlara səbəb olub - VİDEO
ABŞ-də 37 yaşlı, 3 uşaq anası Renee Nicole Good-u göz görə-görə öldürən Göçmenlik və Gömrük Mühafizə Polisi (ICE) əməkdaşlarına qarşı narazılıqlar səngimir.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra başlayan etiraz aksiyaları zamanı maraqlı görüntülər də qeydə alınıb.
Etirazlar zamanı bir ICE əməkdaşı onu mobil telefonla çəkən ABŞ vətəndaşına doğru qaçarkən sürüşərək yerə yıxılıb. Ətrafdakı vətəndaşlar isə yıxılan polis əməkdaşı ilə istehza edib. Həmin anlar mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb.
Son günlər ABŞ-də ICE ətrafında mübahisələr daha da dərinləşib. Minneapolis şəhərində bir miqrasiya əməliyyatını izləyən Renee Nicole Good, ICE polisi tərəfindən avtomobilində güllələnərək öldürülüb. Bu hadisədən sonra genişmiqyaslı etirazlar başlayıb və federal qurumun sərt üsulları ciddi tənqid edilib.
Hadisə qadının avtomobillə qaçmağa çalışdığı zaman polis tərəfindən atəşə tutulması nəticəsində həyatını itirməsi kimi təqdim edilsə də, səlahiyyətlilər bunu "özünümüdafiə" kimi qiymətləndirib. Buna baxmayaraq, hadisə ilə bağlı mübahisələr davam edir.
Bütün bu proseslərin fonunda ABŞ Prezidenti Donald Trampın ICE-ə qarşı artan ictimai təzyiqlər şəraitində qeydə alınan həmin görüntü böyük səs-küyə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 713 Tarix: 12 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zaman
5 iyulRusiya Konstantinovkada atəşi dayandırmağı təklif edib
Rusiya həlak olmuş əsgərlərin meyitlərinin təhvil verilməsi üçün Ukraynaya iyulun 6-da Moskva vaxtı ilə saat 12:00-dan 18:00-dək (Bakı vaxtı ilə 13:00-19:00) Ukraynanın Konstantinovka şəhərində atəşi dayandırmağı təklif edir. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib
5 iyulQiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard
Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları
6 iyulZelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Ukrayna Qara dənizdə dronların tətbiqi ilə müdafiə xətti yaradacaq. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfəri zamanı bildirib. "Müdafiə xətti Odessanı və bütün regionu hava hücumlarından qorumalı olacaq",
5 iyulTramp Avropanın miqrasiya siyasətini tənqid edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə
5 iyul"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını
5 iyul