Yeni kəşf edilmiş səma cismi kosmik sirri aça bilər
Astronomlar kosmosda daha əvvəl məlum olmayan Cloud-9 adlı astronomik obyekt aşkar etmiş ola bilərlər.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu obyekt Kainatın ən böyük sirlərindən biri sayılan qaranlıq maddə haqqında yeni biliklər verə bilər.
Alimlər indiyədək qaranlıq maddəni birbaşa müşahidə etməyiblər. Kainatın strukturunu formalaşdıran bu sirli maddənin Ümumi maddənin təxminən 85 faizini təşkil etdiyi güman olunur və onu yalnız qravitasiya təsiri vasitəsilə aşkar etmək mümkündür.
"The Astrophysical Journal Letters" nəşrində dərc olunan yeni tədqiqata əsasən, Cloud-9 qaranlıq maddə buludu hesab olunur və Kainatın ilk dövrlərində qalaktikaların formalaşmasından qalan bir obyekt ola bilər.
"Hubbl" kosmik teleskopu vasitəsilə aparılan son müşahidələr Cloud-9-un ulduzlara malik olmadığını göstərib. Bu səbəbdən, adi qalaktikalardan fərqli olaraq, Cloud-9 qaranlıqdır. O, zəif cırtdan qalaktika və ya təxminən bir neçə milyard ulduzdan ibarət kiçik qalaktika ilə qarışdırıla bilər. Belə qalaktikalar yüz milyardlarla ulduzdan ibarət olan Süd Yolu ilə müqayisədə xeyli kiçikdir.
Tədqiqatçıların sözlərinə görə, Cloud-9 gələcəkdə qalaktikaya çevrilə bilər. Əgər obyekt kifayət qədər kütlə toplasa, buluddakı qaz dağılaraq fraqmentləşəcək və bu proses ulduzların yaranmasına səbəb olacaq. Nəticədə Cloud-9 gec çiçəklənən qalaktikaya çevrilə bilər.
"Bu bulud qaranlıq Kainata açılan pəncərədir. Teorik olaraq bilirik ki, Kainatdakı kütlənin böyük hissəsi qaranlıq maddədən ibarət olmalıdır, lakin bu maddə işıq yaymadığı üçün onu aşkar etmək çətindir. Cloud-9 bizə qaranlıq maddənin üstünlük təşkil etdiyi bir buludu müşahidə etmək üçün nadir imkan yaradır", deyə tədqiqatın həmmüəllifi, Baltimordakı Kosmik Teleskop Elmi İnstitutunun astronomu Endryu Foks bildirib.
Mövcud nəzəriyyələrdən birinə görə, qaranlıq maddə 13,8 milyard il əvvəl Kainatın yaranmasına səbəb olan Böyük Partlayış nəticəsində formalaşıb və heç vaxt ulduzların yaranması üçün kifayət qədər qaz toplamadığı kosmik buludlar yaradıb.
Cloud-9 ilk dəfə üç il əvvəl Çinin Quychjou əyalətində yerləşən beş yüz metrlik sferik radioteleskop - "FAST" vasitəsilə Messier 94 qalaktikasının yaxınlığında hidrogen qazının tədqiqi zamanı aşkarlanıb.
Obyekt bu adı ona görə alıb ki, Messier 94 spiral qalaktikasının ətrafında tapılan doqquzuncu qaz bulududur. Qazdakı cüzi deformasiyalar buludla qalaktika arasında mümkün qarşılıqlı təsirdən xəbər verir.
Gələcək müşahidələr və Cloud-9-a bənzər digər obyektlərin aşkar edilməsi qaranlıq maddənin təbiətinin, qalaktikaların formalaşması və təkamülünün, eləcə də Kainatın ilkin dövrlərinin daha dərindən anlaşılmasına gətirib çıxara bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 555 Tarix: 12 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrİstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb
İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki
19 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabr