Şəhərləri udan "qara dəliklər": Onlar necə yaranır?

Şəhərləri udan "qara dəliklər": Onlar necə yaranır?Yerin altından qəfil gələn uğultulu çökmə ilə yolların yoxa çıxdığı, binaların uçurum kənarında asılı qaldığı səhnələr artıq yalnız fəlakət filmlərinə aid deyil. Ötən il İngiltərədə bir kanalın dibinin çökməsi nəticəsində iki qayığın yaranan nəhəng çuxura yuvarlanması bu qorxulu təbiət hadisəsini yenidən gündəmə gətirmişdi.

Qaynarinfo xəbər verir ki, Türkiyə də daxil olmaqla dünyanın dörd bir yanından gələn xəbərlər çuxuların 2025-ci ildə sanki "yer udan canavarlar" kimi fəallaşdığını göstərir. Kaliforniyada bir məktəbin həyətində açılan 10 metrlik nəhəng çuxurdan tutmuş, Banqkokda əsas yolları iflic edən iri çökmələrə qədər çoxsaylı hadisələr yer qabığının sanki ayaqlarımızın altından çəkildiyi hissini yaradır. Vəziyyət o qədər ciddiləşib ki, ABŞ Konqresi çuxurların xəritələnməsi və səbəblərinin araşdırılması üçün xüsusi qanun layihəsini gündəminə daxil edib.

Çuxurlar təkcə vizual qorxu mənbəyi deyil, eyni zamanda böyük maliyyə yükünə də çevrilib. Məsələn, Baltimorda bir neçə il əvvəl yaranan bir çuxurun bağlanması üçün çəkilən xərclər gözləniləndən üç dəfə çox olub və 30 milyon dolları keçib. Şəhər rəsmiləri bildirir ki, problemi aradan qaldırmağa çalışdıqca vəziyyət daha da pisləşib və davamlı əlavə xərclər yaranıb. İnsan tələfatı isə bu hadisələrin ən acı tərəfidir: gecə yatağında yatarkən qəfil açılan çuxura düşərək bir daha tapılmayan insanların hekayələri obrukların nə qədər sinsi ola biləcəyini göstərir.

Əslində çuxurların formalaşması sadə bir prosesə əsaslanır. Su yerin altında əhəngdaşı və ya dolomit kimi asan həll olunan süxurları zamanla əridir və böyük boşluqlar yaradır. Qumdaşı kimi daha sərt süxurlar belə onları bir yerdə saxlayan təbii sementin su tərəfindən həll olunması nəticəsində qum dənələrinə parçalanaraq axıb gedə bilir. Ən təhlükəli ssenari isə yerin altında iri boşluq yarandığı halda, səthdəki qatın uzun müddət möhkəm görünməsidir. Üst qat kifayət qədər sərt olduqda, altındakı boşluq böyüyənə qədər dayanır və sonda ya zəlzələ, ya ağır nəqliyyat vasitəsinin keçidi, ya da sadəcə öz ağırlığı ilə qəfil çökür. Səth nə qədər sərt olarsa, çökmənin şiddəti və yaranan çuxurun ölçüsü də bir o qədər böyük olur.

Çuxurlar milyonlarla ildir baş verən təbii hadisələr olsa da, bu gün onların sayının artmasında insan fəaliyyətinin rolu böyükdür. Şəhərlərdə sızan su xətləri, yeraltı sularının həddindən artıq istifadəsi və iri tikinti layihələri üçün aparılan qazıntılar bu prosesi sürətləndirir. Torpağın yağış sularını hopdurmasına mane olan beton yollar və binalar suyun nəzarətsiz şəkildə yerin altına sızaraq eroziyanı artırmasına səbəb olur. Yeraltı su səviyyəsinin aşağı düşməsi isə üst qatı dəstəkləyən qaldırıcı qüvvəni zəiflədir və çökmələri qaçılmaz edir.

İqlim dəyişikliyinin gətirdiyi güclü fırtınalar və uzunmüddətli quraqlıqlar da vəziyyəti daha da ağırlaşdırır. Mütəxəssislər seysmik testlərlə bəzi təhlükəli boşluqların əvvəlcədən aşkar edilə biləcəyini desələr də, dəqiq harada axtarmaq lazım olduğunu bilmədən bu nəhəng çuxurları tapmaq samanlıqda iynə axtarmağa bənzəyir. Görünən odur ki, plansız şəhərsalma və dəyişən iqlim şəraitində təbiətin qəfil açılan bu "qara dəlikləri" müasir şəhər həyatının ən böyük və ən baha başa gələn sürprizlərindən biri olaraq qalacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 857   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi

Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav

19 sentyabr
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

20 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb

Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir

20 sentyabr
.

Rusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider

20 sentyabr