KİV: Karni Trampın Qəzza üzrə Sülh Şurasına daxil olmaq təklifini qəbul edib
Kanada Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunu idarə edəcək Sülh Şurasına daxil olmaq təklifini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə "The Globe and Mail" qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Karni Trampın Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib. Çindəki səfərini başa vuran Kanadanın Baş naziri şənbə günü Qətərə gedəcək. Daha sonra o, 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.
Ağ Evin mətbuat xidmətinin cümə günü yaydığı açıqlamaya görə, Trampın sədrliyi ilə Sülh Şurasına onun xüsusi nümayəndəsi Stiven Uitkoff, sahibkar və Amerika liderinin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş Baş naziri (1997-2007) Toni Bleyer, "Apollo Global Management" investisiya şirkətinin sahibi Mark Rouen, Dünya Bankının rəhbəri Ajay Banqa və Trampın milli təhlükəsizlik üzrə köməkçisinin müavini Robert Qabriel daxil olacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 285 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ABŞ-yə şərt qoydu: "Qırmızı xətlərimiz var"
"İsrail və ABŞ ilə qarşıdurmada özünü qalib tərəf hesab edən İran münaqişənin gələcək nizamlama prosesi üçün xüsusi şərtlər formalaşdırır". xəbər verir ki, bu qənaəti İran parlamentinin daxili işlər komissiyasının sədri Məhəmməd Saleh Cokar "Mehr" xəbər agentliyinə verdiyi müsahibəd
17 mayNiyə ağaclar göy üzünə qədər uzana bilmir?
Kaliforniya sekvoyaları öz inanılmaz hündürlüklərinə yalnız əlverişli mühitə deyil, həm də son dərəcə mürəkkəb bioloji tarazlığa borcludur. Lakin bu sistemin də fizikanın qoyduğu qəti bir həddi var. Qaynarinfo xəbər verir ki, bu barədə "Raketa" yazır. Dünyanın ən hündür ağacları sırasında ola
19 mayÇində zəlzələ, ölənlər var
Çinin Quansi-Çjuan muxtar rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. "Qafqazinfo" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, iki nəfər həlak olub, daha bir nəfər itkin düşüb. Yeraltı təkanlar Lyuçjou şəhərində baş verib. Bölgəyə 300 nəfərdən çox xilasedic
18 mayEvdəki ən çirkli əşya açıqlandı: unitaz deyil
Əksər insanlar bu əşyadan hər gün istifadə edir. Amma onun nə qədər bakteriya və mikrob topladığını heç təsəvvür belə etmir. Mütəxəssislərin fikrincə, gündəlik istifadə etdiyimiz əşyalar arasında mobil telefonlar, xalçalar və mətbəx süngərləri çox vaxt unitazdan daha çirkli olur. Lakin təmizliyi haqqınd
17 may