Makron ABŞ-nin Qrenlandiyaya görə rüsum tətbiqini qəbuledilməz adlandırıb
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı vəziyyətə görə rüsumlar tətbiq etmək qərarını qəbuledilməz adlandırıb.
"Report"un məlumatına görə, müvafiq açıqlama Fransa liderinin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
O qeyd edib ki, Paris Avropa daxilində və onun hüdudlarından kənarda dövlətlərin suverenliyi və müstəqilliyi prinsipinə sadiqdir.
"Biz məhz bu mövqedən Ukraynanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Elə bu səbəbdən də biz Danimarka tərəfindən Qrenlandiyada təşkil olunan təlimlərə qoşulmaq qərarı verdik. Bu qərarı dəstəkləyirik. Çünki burada Arktikanın və Avropamızın sərhədlərinin təhlükəsizliyi məsələsi gündəmdədir.
Heç bir hədə və ya təhdid bizi nə Ukraynada, nə Qrenlandiyada, nə də dünyanın başqa bir yerində bu kimi vəziyyətlərdə təsir altına sala bilər.
Rüsumların tətbiqi ilə bağlı hədələr bu kontekstdə qəbuledilməz və yolverilməzdir. Əgər bu təsdiqlənərsə, avropalılar vahid və koordinasiyalı şəkildə reaksiya verəcəklər. Biz Avropa suverenliyinin qorunmasını təmin edəcəyik", - deyə Makron vurğulayıb.
O bildirib ki, bu mövzuda Avropa tərəfdaşları ilə danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, Tramp daha əvvəl səkkiz Avropa ölkəsinə qarşı rüsumların tətbiqini elan etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 497 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?
Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir
6 oktyabrİran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio
İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand
7 oktyabrTürkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba
7 oktyabrABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!
İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər
7 oktyabrRubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı
İran öz nüvə proqramına dair ABŞ ilə razılaşma əldə etmək üçün çoxsaylı imkanlardan istifadə edə bilmədi. -ın "Al Jazzera" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Yunanıstanda səfərdə olan dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı bildirib. O əlavə edib ki, İra
7 oktyabrLitva ABŞ-ın daimi hərbi bazasını qəbul etməyə hazırdır
Litva ABŞ-ın ölkə ərazisində daimi hərbi baza yerləşdirməsinə hazırdır. xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas milli bildirib. Nazirin sözlərinə görə, Litva ABŞ hərbçilərinin ölkədə yerləşdirilməsi ilə bağlı xərcləri qarşılamağa, müttəfiq qüvvələrin fəaliyyəti üçün zəruri infrastrukturu
6 oktyabr