Tibb dünyasında müzakirə olunan araşdırma: Çarə kosmosdadır?
Beynəlxalq Kosmik Stansiyada aparılan təcrübədə bakteriyalara yoluxan virusların mikroqravitasiya şəraitində fərqli şəkildə təkamül keçirdiyi bildirilib. Tapıntıların Yer üzündə aparılan əlavə təcrübələrlə antibiotiklərə davamlı infeksiyalarla mübarizəyə töhfə verə biləcəyi qeyd olunub.
Qaynarinfo xəbər verir ki, araşdırmaçılara görə, Yer üzündə bakteriyalar və viruslar arasında davam edən "təkamül yarışması" kosmosda fərqli gedir. Mikroqravitasiya şəraiti bakteriyaların quruluşunu və virus-bakteriya qarşılıqlı təsirlərini dəyişdirərək adət edilmiş əlaqələri pozur. Təcrübədə, bakteriyalara yoluxan virusların mikroqravitasiya şəraitində də fəaliyyətini davam etdirə bildiyi, lakin prosesin daha yavaş və fərqli şəkildə getdiyi vurğulanıb.
Kosmosda genetik dəyişiklik müşahidə edildi
Alimlər Beynəlxalq Kosmik Stansiyadakı nümunələri Yer üzündəki nümunələrlə müqayisə edib. Nəticələr göstərir ki, kosmosdakı viruslar yoluxma qabiliyyətini artıran unikal genetik dəyişikliklər inkişaf etdirib. Eyni zamanda, kosmosdakı E. coli bakteriyalarının da viruslara qarşı özlərini qorumaq üçün mutasiyalar topladığı bildirilib.
Yer üçün ümidverici nəticələr
Araşdırmaçılar bildiriblər ki, kosmosda ortaya çıxan bu dəyişikliklər Yer üzündə aparılan əlavə təcrübələrdə, sidik yolları infeksiyalarına səbəb olan və normalda davamlı olan bakteriyalara qarşı daha təsirli nəticələr verib.
Tədqiqatın müəllifləri deyiblər: "Kosmos viruslar və bakteriyalar arasındakı qarşılıqlı təsiri kökündən dəyişdirir. Bu uyğunlaşma proseslərini öyrənməklə, Yer üzündə daha güclü müalicələr inkişaf etdirə bildik".
Araşdırma "University of Wisconsin-Madison" rəhbərliyi altında aparılıb və nəticələr "PLOS Biology" jurnalında yayımlanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 845 Tarix: 20 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrHörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabr