SSRİ-də məişət texnikası neçəyə idi - Orta maaşla nə almaq olardı?

SSRİ-də məişət texnikası neçəyə idi - Orta maaşla nə almaq olardı?SSRİ dövrünü görən hər kəs, yəqin ki, kiçik ekranlı ilk televizorları, böyük və səs-küylü soyuducuları və yarımavtomat paltaryuyan maşınları xatırlayır. Demək lazımdır ki, avtomobil kimi, o vaxtlar məişət texnikası da sadəcə rahatlıq deyil, həm də var-dövlət göstəricisi və çoxları üçün arzu obyekti idi.

Televizorların qiyməti nə qədər idi, SSRİ-də soyuducu və digər məişət texnikası neçəyə başa gəlirdi?

Qaynarinfo "Unian"a istinadən qiymətləri təqdim edir:

1980-ci ildə SSRİ-də televizor neçəyə idi və birincisi nə vaxt yarandı?

Sovet İttifaqında ilk 20 televizor hələ 1932-ci ildə peyda olmuşdu - onları Leninqradın "Komintern" zavodu istehsal etmişdi (ekranı cəmi 3-ün 4-ə sm idi). Aydındır ki, sıravi sovet vətəndaşının belə bir yeniliyi almağa imkanı çatmazdı. Televizorların kütləvi istehsalına müharibədən sonra başlanıldı - o zaman "KVN-49" modelinin seriyalı istehsalına start verildi. 1960-cı illərdə ağ-qara televizorun qiyməti 900-dən 1200 rubla qədər dəyişirdi (pul islahatından əvvəl orta aylıq əməkhaqqı 600-800 rubl idi).

İslahatdan sonra "Rekord" televizoru kütləvi şəkildə istehsal olunmağa başlayanda qiyməti dəyişdi: əvvəlcə 450 rubl müəyyən edildi, 1966-cı ildə isə 212 rubla düşdü (maaşın 80-100 rubl olduğu vaxtda). Elə həmin dövrdə ilk rəngli "Rubin" televizorları da çıxdı. Bu, artıq hər kəsin əli çatmayan əsl dəbdəbə idi - onun üçün təxminən 1000 rubl ödəmək lazım gəlirdi.

SSRİ-də soyuducu, tozsoran və paltaryuyan maşın neçəyə idi?

İttifaqda soyuducuların işlənib hazırlanmasına da müharibədən əvvəl başlanılmışdı, lakin kütləvi istehsal yalnız müharibədən sonra mümkün oldu. 1950-ci illərin əvvəllərində bazarda "ZİS-Moskva" markalı 3 yüz ədəd soyuducu peyda oldu, sonradan onlar Saratov və Muromda da istehsal edilməyə başlandı.

Digər populyar model "Saratov" soyuducusu idi. Əvvəlcə onun qiyməti təxminən 1,5 min rubl (islahatdan əvvəl), islahatdan sonra isə 150 rubl civarında idi (maaş o vaxt 80-100 rubl idi). Sanki pul yığıb almaq mümkün görünürdü, lakin məsələn, 1962-ci ildə sovet ailələrinin cəmi 5%-dən az hissəsinin soyuducusu var idi.

Cəmi 10 ildən sonra vəziyyət yaxşılaşdı - artıq vətəndaşların 34%-nin mətbəxində soyuducu var idi. Ən populyar modellər "ZİL-Moskva" və "Minsk" idi. Əgər 1970-ci ildə soyuducunun qiymətindən danışsaq, ilk modellərlə müqayisədə o bahalaşmışdı - qiyməti 330-370 rubl təşkil edirdi (maaş 120-150 rubl olduğu halda).

Digər məişət texnikası da ucuz deyildi - özünüz mühakimə edin:

• 1950-ci illərdə paltaryuyan maşının qiyməti - 600 rubl (bu, orta aylıq maaş idi);
• 1960-cı illərdə tozsoranın qiyməti (islahatdan sonra) 40-50 rubl idi - maaş 80-110 rubl olanda.

1970-ci illərdə şəhər ailələrinin təxminən 64%-ində paltaryuyan maşın, cəmi 16%-ində isə tozsoran var idi.

SSRİ-də telefon neçəyə idi və maqnitofon üçün nə qədər istəyirdilər?

Əvvəlcə İttifaqda reproduktorlar (radio karnayları) var idi. Onların kütləvi istehsalına 1920-ci illərdə Moskva, Leninqrad, Nijni Novqorod və Xarkovda başlanılmışdı. Ötən əsrin 30-cu illərində bir çox şəhər mənzillərində qara "boşqab" - "Rekord" reproduktoru və ya onun analoquna rast gəlmək olardı. Onların qiyməti əvvəlcə 20 rubl idi, sonra isə 7 rubla qədər düşdü.

1940-cı illərdə "boşqabları" radioqəbuledicilər əvəz etdi - "xalq" qəbuledicisi olan "Moskviç-V" istehsal olunana qədər onlar dəhşətli dərəcədə baha idi. Onun qiyməti maaşın 700 rubl olduğu vaxtda 180-dən 212 rubla qədər dəyişirdi.

Maqnitofonların istehsalına da müharibədən əvvəl başlanılmışdı. Lakin satışda birincilər yalnız 1940-cı illərdə peyda oldu - Kiyevin "Dnepr" maqnitofonu buraxıldı. Bununla belə, 1960-cı illərdə ən populyar və ən əlçatan model kassetli (babinalı) "Romantik" oldu. Onun qiyməti 160 rubl civarında idi (maaş 90 rubl olanda). Daha bahalı olanlar üçün artıq 200 rubl istəyirdilər.

Stasionar telefonlara gəlincə (İttifaqda başqası yox idi), belə bir diskli aparatı demək olar ki, hər kəs 20 rubla ala bilərdi. Üstəlik aylıq 2 rubl 50 qəpik abunə haqqı ödəməklə "istədiyin qədər zəng et" imkanı var idi. Bəli, bunlar hamısı xırda xərclər idi, lakin sovet dövründə evə telefon xətti çəkdirmək əsl problem idi - insanlar bunun üçün də, "Jiquli" avtomobili kimi, illərlə növbədə dayanırdılar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1448   Tarix: 21 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr