Süni intellekt ERASI: Hələ də dəm qazından ölürük
Dəm qazı və qaz sızma demək olar ki, hər gün can alır. Bu bədbəxt hadisələr isə adətən hamam otağında baş verir. "Sakit qurban" kimi sızaraq insanları zəhərləyən bu maddənin qışda daha çox istifadə olunması hazırkı aylarda mövzunu daha da aktuallaşdırır. Ötən il təkcə 66 nəfər dəm qazından zəhərlənib, qazsızma və dəm qazından vəfat edənlərin sayı isə durmadan artır. Ehtiyatlı olmaqdan danışırıq, lakin necə ehtiyat tədbiri görmək lazımdır, bunu çoxları bilmir.
Bəs görəsən, bu kimi bədbəxt hadisələrdən qorunmaq üçün xüsusi cihazlar varmı? Nələrə əməl etsək, qazın növbəti qurbanı biz olmarıq?
Təhlükəsizlik eksperti Elmar Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, dəm qazından qorunmağın ən yaxşı yolu siqnalzasiyası olan dedektor quraşdırmaqdır:
"Qaz cihazı olan yerdə təhlükəsizlik məsələsi ön planda olmalıdır, yəni məişətdə qazdan istifadə olunursa, mütləq onun təhlükəsiz istismarı həyata keçirilməlidir. Qazın fiziki, kimyəvi xassəsinə görə o, yanır, partlayır, lakin düzgün istismar olunmadıqda dəm qazına səbəb olur. Ona görə də ilk növbədə standartlara uyğun qaz cihazından istifadə edilməlidir. Məişətdə qaz cihazı istifadə olunursa, mütləq orada havalandırma, nəfəslik və ventilyasiya qurğusu olmalıdır. Tüstü bacaları işlək vəziyyətdə, normativ standartlara uyğun qurulmalıdır ki, sovurma qabiliyyəti aktiv olsun. Onda dəlik, deşik, çat, birləşmə, arakəsmələrdə nasazlıq və buna bənzər problıemlər olmamalıdır. Qaz sızması və dəm qazı əleyhinə dedektorlar qoyulmalıdır. Bu qaydaları kompleks şəkildə etdikdə dəm qazının yaratdığı problemlərdən qorunmuş oluruq.
Dedektorlar dəm qazı əmələ gəldiyi an xüsusi səs siqnalları vasitəsilə istifadəçiləri xəbərdar edir. Qazsızma üçün yerləşdirilən dedektorlar isə sızıntı olduğu an təchizatı dayandırır və partlayışın qarşısı alınır. Qaz cihazı istifadə olunursa, mütləq bunlara ciddi yanaşmaq lazımdır".
Mütəxəssis hamamda qazdan boğulmamaq üçün lazım olan normativlərdən danışıb:
"Dəm qazı natamam yanma məhsuludur. O, standartlara uyğun olmayan qaz cihazından, tüstü bacası işlək vəziyyətdə olmadıqda, nəfəslik, ventilyasiya qurğusu və otaqda oksigen olmadıqda yaranır. Əsasən dəm qazı hamam otaqlarında yaranır. Ümumiyyətlə, təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazının olması məqsədəuyğun deyil. Lakin quraşdırılıbsa, mütləq orada təhlükəsizlik tədbirləri görüməli, dedektorlar, tüstü bacaları, nəfəslik, həmçinin qapının aşağı hissəsində xırda dəliklər olmalıdır ki, içəridə hava dövr etsin. Hamamın minimum kvadratı 7,5 kvadratmetr, hündürlüyü 2,2 metr olmalı, qapısı bayıra doğru açılmalı və aşağısında dəliklər olmalıdır. Bu standartların qoyulması təsadüfi deyil. Ölçülərə və tələblərə uyğun qurulan otaqda dəm qazı qurbanı olmaqdan sığortlanırıq".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 856 Tarix: 23 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dördüncü "Matrix"in tizeri yayımlanıb
"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu
9 sentyabr 2021Payızın 4 trend rəngi - FOTO
Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın
8 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...
Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə
8 sentyabr 2021Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO
Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:
15 sentyabr 2021Danışan ÖRDƏK tapıldı - VİDEO
Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy
9 sentyabr 2021Zooloqlar inəklərə görün nə öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl
15 sentyabr 2021