Bu ölkədə 45 dərəcə şaxta olacaq - Xəbərdarlıq edildi
ABŞ-nin böyük bir hissəsində qarşıdakı günlərdə güclü qar yağışı və kəskin soyuqların müşahidə ediləcəyi proqnozlaşdırılır.
"Qafqazinfo" xəbər verir ki, ABŞ Milli Hava Xidməti (NWS) ölkənin yarıdan çoxunun "donma temperaturu"nun təsiri altına düşəcəyi barədə xəbərdarlıq edib.
Rəsmi açıqlamada Texasın şərqindən cənub bölgələrinə qədər uzanan geniş ərazidə "iflicedici buz fırtınası" gözlənildiyi bildirilib. "Tarixi" kimi qiymətləndirilən qarlı və fırtınalı havanın ölkənin mərkəzindən başlayaraq şərq istiqamətində irəliləyəcəyi, genişmiqyaslı buzlaşma və təhlükəli soyuqlar yaradacağı vurğulanıb.
Proqnozlara görə, ölkənin şimal bölgələrində qarın qalınlığı təxminən 30 santimetrə çata bilər. Texas və Virciniya da daxil olmaqla, cənub ştatlarında da qar yağacağı gözlənilir. Mütəxəssislər bazar gününə qədər təxminən 172 milyon insanın bu əlverişsiz hava şəraitini təsirinə məruz ala biləcəyini bildirirlər.
Hava proqnozlarına əsasən, bəzi bölgələrdə temperaturun -45 dərəcəyədək düşməsi ehtimal olunur. Güclü küləklərin genişmiqyaslı buzlaşmaya, uzunmüddətli elektrik kəsintilərinə və təhlükəli səyahət şəraitinə səbəb ola biləcəyi qeyd edilir. Rəsmilər xüsusilə fırtına və qarın güclü olduğu ərazilərdə yaşayanları ehtiyatlı olmağa çağırırlar.
Hakimiyyət orqanlarının evdə qalmaq çağırışlarına baxmayaraq, bir çox amerikalı ticarət mərkəzlərinə axın edib. Xüsusilə Nyu-York və Nyu-Cersi ətrafındakı supermarketlərdə su, çörək və makaron kimi əsas ərzaq məhsulları sürətlə tükənib.
Hava şəraiti ilə əlaqədar 10-dan çox ştatda fövqəladə vəziyyət elan edilib, məktəblər bağlanıb. Böyük supermarket şəbəkələri ərzaqla yanaşı, batareya və yorğan kimi vacib məhsulların çatışmazlığının qarşısını almaq üçün əlavə tədbirlər gördüklərini açıqlayıblar.
Bu arada, Nyu-York və Nyu-Cersi Liman İdarəsi (PANYNJ) Con F.Kennedi, Nyuark Liberti və LaQuardia beynəlxalq hava limanlarında qar fırtınası ilə əlaqədar təcili əməliyyat mərkəzlərinin yaradıldığını bildirib. Sərnişinlərə mümkün uçuş ləğvləri ilə bağlı uçuş statuslarını mütəmadi yoxlamaları tövsiyə olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 878 Tarix: 24 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabrİstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb
İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki
19 sentyabrAta oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabr