Finlandiyada 80 yaşlı kişi onilliklər ərzində tualeti olmayan zirzəmidə yaşayıb
Finlandiyanın Helsinki şəhərinin ətraf qəsəbələrindən birində polis onilliklər ərzində pəncərəsiz, tualetsiz, mətbəx ləvazimatları və elementar gigiyena vasitələri olmayan zirzəmidə yaşayan 80 yaşlı kişini aşkarlayaraq azad edib.
Oxu.Az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.
Dəhşətli tapıntı Finlandiya paytaxtının şimal hissəsində yerləşən villada aparılan planlı axtarış zamanı üzə çıxıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yaşlı kişi uzun illər ərzində "qeyri-insani şəraitdə" yaşamağa məcbur edilib.
Helsinki polisinin nümayəndələri zərərçəkənin səhhətinin ciddi narahatlıq doğurduğunu bildiriblər. Kişi son dərəcə ağır fiziki vəziyyətdə tapılıb və təcili tibbi yardıma ehtiyac duyub. Xilas edilən şəxs dərhal şəhərin klinikalarından birinə yerləşdirilib və hazırda ona zəruri tibbi yardım göstərilir.
İlkin məlumatlara əsasən, zərərçəkən fiziki baxımdan hərəkət azadlığından məhrum edilməyib. Polis hazırda kişinin zirzəmi otağını tərk etmək üçün real imkanının olub-olmadığını və əgər bu imkan mövcud idisə, bunun niyə onilliklər ərzində reallaşmadığını araşdırır.
Hadisə ilə əlaqədar cinayətdə şübhəli bilinən üç nəfər - iki kişi və bir qadın (hamısı təxminən 60 yaşlarında) saxlanılıb. İlkin istintaq tədbirlərindən sonra şübhəlilər müvəqqəti olaraq azadlığa buraxılsalar da, onlar hələ də bu cinayət işi üzrə fiqurant qismində qalırlar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1014 Tarix: 25 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabrTramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabr