Qeyri-sabit hava şəraiti Pakistanın şimalında beş nəfərin ölümünə səbəb olub
Pakistanın iki şimal vilayətində qar və leysan yağışları nəticəsində beş nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə yerli "Dawn" nəşri polisə istinadən məlumat yayıb.
"Gilgit-Baltistanda güclü qar yağışından sonra Diamerdəki qüllə evin üzərinə çökərək dörd nəfərin ölümünə səbəb olub. Bəlucistanda isə Job şəhərində leysan nəticəsində damın uçması bir nəfərin həyatına son qoyub", - nəşr qeyd edib.
Polisin məlumatına görə, Diamerin Tangir vadisində yaşayış evinin yaxınlığındakı müşahidə qülləsi evin üzərinə çöküb, nəticədə bir ailənin dörd üzvü həlak olub, daha iki nəfər yaralanıb. Qeyd olunub ki, xilasetmə əməliyyatı davam etdiyi üçün qurbanların sayı arta bilər. Soyuq hava səbəbindən Gilgit-Baltistanda yollar bağlanır və elektrik təchizatında fasilələr yaranır.
Job şəhərində isə bir uşaq damın uçması nəticəsində ölüb, iki nəfər xəsarət alıb. Bundan əlavə, altıdan çox insan buzlanma səbəbindən baş verən qəzalardan sonra xəstəxanaya yerləşdirilib.
Pakistan Meteorologiya Departamenti ölkənin bəzi bölgələrində yağış və qaryağışının davam edəcəyini proqnozlaşdırır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 553 Tarix: 25 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrMariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin
19 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabr