Mikelancelo ilk şah əsərini 12 yaşında yaradıb
Mikelancelo Buonarroti (1475-1564) Renessans dövrünün ən böyük rəssamlarından birinə çevrilməzdən əvvəl adi 12 yaşlı bir oğlan idi. Əlbəttə ki, onun uşaqlığı bu gün təsəvvür etdiyimizdən fərqli idi.
Lent.az xarici mediaya istinadla Mikelancelo haqqında məlumatı təqdim edir.
Hələ o yaşda o, tamamilə rəsm və boyakarlığa qərq olub, digər ustaların əsərlərini öyrənib. Xüsusilə, XV əsr alman rəssamı Martin Şonqauerin "Müqəddəs Antoninin demonlar tərəfindən işgəncəyə məruz qalması" adlı qravürasına diqqət yetirib.
Lakin əksər yeniyetmələrdən fərqli olaraq, Mikelancelo sadəcə şəkli köçürməklə kifayətlənməyib - o, bu səhnəni tempera boyası ilə taxta panel üzərinə köçürüb və bunu elə ustalıqla edib ki, gənc rəssamın üslubu dərhal onun istedadını ortaya qoyub.
Bu, Mikelancelonun ən erkən məlum olan rəngkarlıq əsəri "Müqəddəs Antoninin işgəncəsi"dir. Təxminən 1487-1488-ci illərdə, onun 12 və ya 13 yaşı olarkən yaradılıb.
Əsərin müəllifliyi uzun müddət naməlum qalıb: yalnız 2008-ci ildə hərracda satıldıqdan sonra mütəxəssislər saralmış lak qatını və sonradan edilmiş uğursuz düzəlişləri təmizləyə biliblər. Restavrasiya nəticəsində unikal rəng palitrası və qeyri-adi dərinlik üzə çıxıb ki, bu da gələcək dahinin əl izini göstərib.
Məhz restavrasiyadan sonra bir çox sənətşünaslar, o cümlədən Metropoliten Muzeyinin uzun illər kuratoru olmuş Everet Feyy də əminliklə bildirib ki, bu tablo Mikelanceloya məxsusdur. Bundan əvvəl isə əsər böyük florensiyalı rəssam Domeniko Qirlandayonun emalatxanasına aid hesab olunub. Mikelancelo həmin emalatxanaya 1488-ci ildə şagird kimi qoşulub.
Bərpadan sonra üzə çıxan unikal kompozisiya və sənətşünas-restavrator Corco Bonsatinin ekspert rəyi mütəxəssisləri inandırıb ki, bu, həqiqətən də Mikelancelonun işidir. Bu gün əsər Fort-Uert şəhərindəki Kimbell Muzeyinin kolleksiyasında saxlanılır və Şimali Amerikanın ictimai muzey kolleksiyalarında Mikelancelonun nümayiş olunan yeganə əsəri sayılır.
Tablonun süjeti IV əsrdə Afanasi Aleksandriyalı tərəfindən təsvir olunan Müqəddəs Böyük Antoninin həyatına əsaslanır. Hekayənin bir epizodunda misirli zahid bir görüntü görür: o, havada levitasiya edir və demonların hücumuna məruz qalır, lakin onların əzablarına dözür. Kimbell Muzeyinin məlumatına görə, Mikelancelonun müasirləri Askanyo Kondivi və Corco Vazari yazıblar ki, rəssam demonik varlıqları daha inandırıcı etmək üçün bazarda balıqların parlaq pulcuqlarını və digər hissələrini diqqətlə öyrənib.
Çox güman ki, Mikelancelonun özü, mükəmməlliyyətçi xarakterinə görə, bu "həvəskar" işi ilə adını bağlamaq istəməzdi. Bu da tablonun uzun müddət emalatxanaya aid edilib, ustanın özünə aid sayılmamasının səbəblərindən biri ola bilər. Amma sənətşünaslar və rəssamın yaradıcılığının pərəstişkarları üçün bu əsər onun ilk illərinə nəzər salmaq, sonradan sənət tarixini dəyişəcək istedadın necə formalaşdığını görmək üçün unikal fürsətdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 650 Tarix: 26 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dördüncü "Matrix"in tizeri yayımlanıb
"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu
9 sentyabr 2021Payızın 4 trend rəngi - FOTO
Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın
8 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...
Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə
8 sentyabr 2021Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO
Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:
15 sentyabr 2021Danışan ÖRDƏK tapıldı - VİDEO
Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy
9 sentyabr 2021Zooloqlar inəklərə görün nə öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl
15 sentyabr 2021