Atmosferdəki plastik dumanı: Yeni ölçümlər gerçəyi ortaya qoydu
Planetimizin ən böyük ekoloji problemlərindən birinə çevrilmiş mikroplastik çirklənməsi ilə bağlı elm dünyasından ilk dəfə müsbət xəbər gəlib.
Qaynarinfo xəbər verir ki, Vyana Universitetinin nəzdində aparılan genişmiqyaslı araşdırma atmosferə qarışan mikroplastiklərin miqdarının əvvəlki proqnozlardan xeyli aşağı ola biləcəyini ortaya qoyur.
"Nature" jurnalında dərc olunan tədqiqata əsasən, havada asılı vəziyyətdə olan mikroplastik emissiyaları əvvəlki hesabatlarda göstərilən rəqəmlərdən təxminən 10 min dəfə aşağıdır. Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, təhlükənin aradan qalxması demək deyil, sadəcə problemin miqyasını daha real rəqəmlərlə görməyə imkan yaradır.
Əvvəlki illərdə aparılan araşdırmalar adətən məhdud bölgələrdən əldə edilən məlumatları bütün dünyaya şamil edir və ya yalnız insan fəaliyyətinə əsaslanan nəzəri modellər üzərindən hesablamalar aparırdı. Yeni tədqiqatda isə alimlər 2014-2024-cü illəri əhatə edən və dünyanın 283 fərqli nöqtəsindən toplanmış təxminən 2 800 ölçümü bir araya gətiriblər. Bu nəhəng məlumat bazası sayəsində mikroplastiklərin qlobal izi daha dəqiq hesablanıb.
Araşdırma geniş yayılmış fikrin əksinə olaraq, okeanların deyil, quruda yerləşən mənbələrin atmosferə 20 dəfə daha çox mikroplastik hissəcik buraxdığını göstərir. Avtomobil təkərlərinin aşınması, əyləc balatalarından qopan hissələr və torpaqdakı plastik tullantıların parçalanması bu çirklənmənin əsas mənbələri kimi ön plana çıxır.
Plastik dumanı və yerli fərqlər
Mikroplastiklərin atmosferdəki hərəkəti hələ də bir çox naməlumluqları özündə saxlayır. Tədqiqatçılar bu "plastik dumanı"nın Mariana çökəkliyinin ən dərin nöqtələrindən okeanların ən ucqar bölgələrinə qədər yayıldığını bildirirlər. Maraqlıdır ki, çirklənmə səviyyəsi bölgədən bölgəyə kəskin şəkildə dəyişir.
Məsələn, Çinin iri meqapolislərinin yaxınlığında gündə kvadratmetr başına 50 hissəcik ölçüldüyü halda, İngiltərənin bəzi şəhər ərazilərində bu rəqəm 3 mini keçir. Bu cür yerli fərqlər qlobal proqnoz verməyi çətinləşdirsə də, yeni araşdırma quruda havanın hər kubmetrində orta hesabla 0,08, dənizlər üzərində isə cəmi 0,003 mikroplastik hissəcik olduğunu təxmin edir.
Rəqəmlər əvvəlki hesablamalarla müqayisədə daha aşağı olsa da, illik ümumi emissiya hələ də 600 katrilyon hissəcik kimi nəhəng miqyasda qalır. Tədqiqatın aparıcı müəllifi İoanna Evangelu vurğulayır ki, təkcə hissəciklərin sayı deyil, onların ölçüsü, forması və tərkibindəki kimyəvi maddələr də sağlamlıq baxımından kritik əhəmiyyət daşıyır. Mikroplastiklərin insan və heyvan sağlamlığına dəqiq necə təsir göstərdiyi hələ tam aydınlaşdırılmayıb, lakin yüksək səviyyədə məruz qalmanın ciddi risklər yaratdığına dair sübutlar getdikcə artır.
Araşdırmanın həmmüəlliflərindən Andreas Ştol isə gələcəkdə mikroplastik emissiyalarının artmaqda davam edəcəyinə diqqət çəkir. Nəticə etibarilə bu tədqiqat çirklənmə mənzərəsini müəyyən qədər "yüngülləşdirsə" də, mikroplastiklərin hansı səviyyəsinin təhlükəsiz olduğu sualı hələ də cavabsız qalır. Elm adamları bu gizli çirklənmənin atmosferdə hansı dövriyyəni izlədiyini və sağlamlığımızı nə dərəcədə təhdid etdiyini anlamaq üçün daha çox məlumata ehtiyac olduğunu xatırladırlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ