Saçı necə düzgün boyamalı ki... rəngi iki aya qədər qalsın?

Saçı necə düzgün boyamalı ki... rəngi iki aya qədər qalsın?Saçı boyamadan əvvəl necə hazırlamaq və boyadan sonra necə qulluq etmək lazımdır ki, çalar mümkün qədər uzun müddət parlaq, dərin və doymuş qalsın.

Lent.az bu yolları təqdim edir:

Saç rəngini uzun müddət necə qorumaq olar?

Bir çox qadın saçını boyadıqdan sonra cəmi 2-3 həftə keçəndə rəngin solduğunu, bəzi yerlərdə bərabər görünmədiyini və əvvəlki dərinliyini itirdiyini görür. Elə bil bütün zəhmət boşa çıxıb. Amma peşəkar bərbərlər yaxşı bilir: rəngin uzun müddət qalması təkcə boyanın keyfiyyətindən asılı deyil. Əsas rol oynayan iki şey var:

saçın boyaya düzgün hazırlanması və prosedurdan sonra düzgün qulluq. Məhz bu xırda detallar sayəsində rəng tez-tez yenidən boyanmadan təxminən iki aya qədər canlı qala bilər.

Saçı düzgün hazırlamaq uğurun yarısıdır

Boyamadan 3 gün əvvəl saç yumaq məsləhət deyil. Çünki saç dərisində olan yüngül təbii yağ qatı dərini qoruyur və boyanın saç telinə daha yaxşı hopmasına kömək edir. Əgər saç çox çirklidirsə, onu prosedurdan 1 gün əvvəl yumaq olar. Amma bu zaman maska və balzam istifadə etməmək lazımdır.

Boyamadan 1 həftə əvvəl saçları daha yaxşı nəmləndirməyə başlamaq da vacibdir. Nəmlənmiş saç boya piqmentini daha bərabər qəbul edir, nəticədə rəng daha uzun müddət qalır.

Düzgün boya seçimi

Peşəkar ustalar tərkibində ammiak az olan və ya tamamilə ammiaksız boyaları seçməyi tövsiyə edir. Belə boyalar saçın strukturunu daha az zədələyir və piqment saçın içində daha yaxşı saxlanır. Keyfiyyətə qənaət etmək də olmaz: yaxşı boya adətən daha dayanıqlı və daha təmiz rəng verən piqmentlərdən hazırlanır.

Suyun temperaturu çox önəmlidir

Boyadan sonra çox adam ciddi bir səhv edir saçını isti su ilə yuyur. İsti su saçın üst qatını (kutikulanı) açır və nəticədə boya piqmenti tez yuyulub gedir.

Bərbərlər deyir ki, boyadan sonra ilk 48 saat saç yumaq ümumiyyətlə məsləhət deyil. Daha sonra isə saçınızı yalnız ilıq və ya sərin su ilə yumaq yaxşıdır.

Xüsusi şampun və balzamdan istifadə

Adi şampunlar boyanı daha tez yuyur. Rəngi qorumaq üçün üzərində "boyanmış saçlar üçün" yazılan məhsullardan istifadə etmək lazımdır. Bu tip şampunlar daha yumşaq olur və boyanın saçın içində "saxlanmasına" kömək edir. Hər saç yuyandan sonra balzam və ya kondisioner mütləqdir, çünki o saçın üst qatını bağlayır və rəngin daha uzun müddət qalmasına kömək edir.

İstiliklə saç düzləndirməni minimuma endirin

Fen, saç düzləşdirici və buruqlaşdırıcı alətlər (ütü, ployka) rəngin piqmentini aqressiv şampunlar qədər zədələyə bilər.

Əgər rəngin iki aya qədər qalmasını istəyirsinizsə:

mütləq istilikdən qoruyucu sprey istifadə edin,

mümkün olduqca saçınızı təbii şəkildə qurudun.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 672   Tarix: 28 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021