O pandaları görmək üçün zooparka axın edirlər
Yaponiya və Çin arasında Tayvanla bağlı gərginlik davam edərkən, Tokio hökuməti ölkədəki son iki pandanı Çinə qaytarmazdan əvvəl minlərlə ziyarətçi zooparka axın edir.
Sonxeber.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, 2021-ci ildə Ueno zooparkında doğulan əkiz pandalar - "Xiao Xiao" və onun bacısı "Lei Lei" sabah Çinə qaytarılır.
Məlumata görə, Ueno zooparkında pandaları ziyarət etmək üçün son gündə onlayn müraciətlər 4400 nəfərlik rezervasiya kvotasından 24,6 dəfə çox qəbul edilib.
Bildirilib ki, pandalar sabah Çinə göndəriləcək və yanvarın 28-də orada yaşayacaqları yerə aparılacaqlar. Pandaların geri qayıtması ilə Yaponiya 50 ildən çox müddətdə ilk dəfə pandasız qalacaq.
Qeyd edək ki, Çin ilk dəfə 1972-ci ildə Yaponiya ilə ikitərəfli münasibətlərin normallaşması münasibətilə Tokionun Ueno zooparkına panda hədiyyə etmişdi.
Bununla belə, Yaponiya və Çin arasında dostluğun simvolu olaraq görülən yeni panda daşınması ilə bağlı gözləntilər Yaponiyanın Baş naziri Takaiçi Sanaenin Tayvanla bağlı açıqlamalarından sonra iki ölkə arasında münasibətlərdə gərginlik yaşandığı üçün qeyri-müəyyən olaraq qalır.(qafqazinfo)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 685 Tarix: 28 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrMariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin
19 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrHörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabr