Trampdan İrana xəbərdarlıq: "Donanma irəliləyir, vaxt daralır"
ABŞ Prezidenti Donald Tramp İranla gərgin münasibətləri fonunda rəsmi açıqlama verərək, İrana doğru böyük bir donanmanın hərəkət etdiyini bildirib və Tehrani müzakirələrə çağırıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Tramp sosial media hesabından yayımladığı bəyanatda donanmanın "USS Abraham Lincoln" gəmisinin rəhbərliyi altında İran istiqamətində hərəkət etdiyini, bu qüvvənin əvvəlki əməliyyatlardan daha böyük bir donanma olduğunu vurğulayıb.
O, həmçinin İranı "masaya oturmağa" - nükleer silahların olmadığı, ədalətli və hər kəs üçün faydalı bir razılaşma üzərində müzakirələr aparmağa çağırıb və "vaxt daralır" ifadəsini işlədib.
Tramp eyni zamanda əvvəlki hərəkata istinad edərək, İran tərəfindən razılaşma əldə edilmədiyi təqdirdə bundan sonra ola biləcək hərbi reaksiyanın daha ağır ola biləcəyini vurğulayıb.
Bu çağırış və hərbi yerləşdirmə İranla ABŞ arasında gərginliyin daha da artdığı bir vaxta təsadüf edir. Məsələ beynəlxalq müzakirələrə səbəb olub və regional təhlükəsizlik narahatlıqlarını gündəmə gətirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 902 Tarix: 28 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrMariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin
19 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrHörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabr