Anqora dovşanlarının nəsli yenidən canlandırılır: Sayları 130-a çatıb - VIDEO
Anqora dovşanı nəslinin qorunub saxlanılması və yenidən artırılması məqsədilə başladılan layihə uğurlu nəticə verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə 1700-cü illərdə nəsli kəsilən Anqora dovşanının yenidən paytaxt bölgəsinə qazandırılması üçün Elmadağ Bələdiyyəsi 2022-ci ildə Hollandiyadan 2 cüt dovşan gətirib. Rayonda həyata keçirilən "Rəngli Kənd" layihəsi çərçivəsində "Dovşan Adası" yaradılıb və burada bu günədək 130 Anqora dovşanı yetişdirilib.
Uzun və yumşaq tükləri ilə tanınan, Ankaradan bütün dünyaya yayılan Anqora dovşanları 2024-cü ildən etibarən ziyarətçilər üçün ödənişsiz açıq elan olunub. İlkin mərhələdə turizm yönümlü planlaşdırılan mərkəzdə, eyni zamanda Anqora dovşanının yunundan sənaye məqsədilə istifadə imkanları üzərində də işlərə başlanılıb.
Layihənin əsas məqsədi Türkiyədə nəsli kəsilmiş Ankara dovşanını yenidən ana vətənində yaşatmaq və ona iqtisadi dəyər qazandırmaqdır.
"Dovşan Adası"nın məsul şəxsi Gül Alçıkaya bildirib ki, xüsusi qayğı tələb edən bu dovşanlara qulluq üçün 6 ay təlim keçib. Onun sözlərinə görə, məqsədləri Ankara dovşanını yenidən rayon və ölkə miqyasında yaymaq olub:
"4 dovşanla başladığımız nöqtədə bu gün 120-130 dovşana çatmışıq. Mərkəzimiz turizm baxımından da böyük maraq görür. Yay mövsümündə gündəlik 300-400 ziyarətçi qəbul edirik. Yerli və xarici turistlər dovşanların görünüşündən çox təsirlənirlər."
Layihənin gələcəkdə həm bioloji müxtəlifliyin qorunmasına, həm də bölgənin turizm və iqtisadi potensialının artmasına töhfə verəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 792 Tarix: 29 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrAvtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabrEvin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan
3 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabr